Uzatma kabelləri tarixə qovuşur
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Evlərdə uzatma kabellərinin yaratdığı görüntü çirkliliyi və səliqəsizlik, inkişaf edən interyer dizaynı və elektrik planlaşdırma həlləri sayəsində yerini gizli sistemlərə buraxır. Yeni tikilən və ya təmirdən keçən evlərdə elektrik şəbəkələri mebel yerləşimi əvvəlcədən nəzərə alınaraq layihələndirilir.
Milli.Az xəbər verir ki, divarlardan uzaqda yerləşdirilən divan, kreslo və ya jurnal masaları üçün döşəməyə basdırılan qapaqlı montaj qutuları ön plana çıxır. İstifadə olunmadığı vaxtlarda döşəmə örtüyü ilə eyni cizgiyə malik olan bu sistemlər ehtiyac yaranarsa, standart 230 voltluq elektrik yuvalarından (razetka) istifadə etməyə imkan verir.
Oxşar inteqrasiya iş yerlərində də tətbiq olunur. Masanın səthinə quraşdırılan elektrik yuvası modulları kompüter, telefon və masa lampası kimi cihazların birbaşa iş sahəsindən qidalanmasını təmin edir. Standart "razetkalarla" yanaşı USB-A və USB-C bağlantı nöqtələrini də özündə birləşdirən bu modullar kabel səliqəsizliyini və ayağa dolaşma risklərini aradan qaldırır. Monitor və sistem blokunun kabelləri isə masa altındakı xüsusi kanallar vasitəsilə gizli "razetkalara" yönləndirilir.
Yataq otaqlarında çarpayının baş tərəfindəki komodun arxasında elektrik yuvası axtarmaq məcburiyyəti, mebellərin yan və ya üst hissələrinə inteqrasiya edilən cərəyan mənbələri ilə aradan qaldırılır. Yeni nəsil mebel dizaynlarında şarj qurğuları birbaşa çəkməcələrin (sirkonların) içərisinə yerləşdirilir.
Mətbəx dəgahlarında isə açılıb-bağlanan (pop-up) elektrik yuvası sütunlarına üstünlük verilir. Blender, tost aparatı və ya mikser kimi kiçik məişət texnikası istifadə edilərkən mexanizm vasitəsilə dəzgahın üstünə çıxarılan bu sütunlar iş bitdikdən sonra yenidən dəzgahın içərisinə gizlədilir. Mütəxəssislər mətbəxdəki quraşdırma işləri zamanı su mənbələrinə olan məsafəyə diqqət yetirilməli və quraşdırmanın səlahiyyətli elektrikçilər tərəfindən həyata keçirilməli olduğu barədə xəbərdarlıq ediblər.
Stasionar elektrik yuvası həllərinin yayılmasına baxmayaraq, uzatma kabelləri mebel düzümündəki dəyişikliklər, müvəqqəti işıqlandırmalar və ya mövsümi elektrikli cihaz istifadələri üçün praktik seçim olmağa davam edir. Lakin hər hansı bir evdə daimi olaraq uzatma kabelinə ehtiyac duyularsa, əlavə stasionar "razetka" xəttlərinin çəkilməsi tövsiyə olunur.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
"Qalatasaray" müdafiəçisini göndərir
-
Bayrağı salamlayırdı, avtomobil vurdu - (Video)
-
Aytən Mərəhhərmovanın ifasına tamaşaçı da ağladı, özü də... - (Video)
-
Çində Putinlə Tramp arasında qısa söhbət - (Video)
-
"Yalı çapkını"nın Fəridinin kameralar qarşısında ürək bulandıran hərəkəti - (Video)
-
Arda Gülərin “Real Madrid”lə müqaviləsi uzadıldı – Maaşı da artırıldı
XƏBƏR LENTİ
-
146 qayçı zərbəsi ilə arvadını öldürən Azərbaycan vətəndaşına ömürlük həbs tələbi
-
"Qalatasaray" müdafiəçisini göndərir
-
Dövlət qulluğu imtahanı ləğv edildi – Ödənişlər qaytarılacaq
-
Ermənistanla Zəngilan istiqamətində delimitasiya aparılacaq
-
Bayrağı salamlayırdı, avtomobil vurdu - (Video)
-
Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə təyin edilmiş imtahan ləğv edildi
-
Xaricdən onlayn alış-veriş edənlərin nəzərinə
-
Lətif Kərimovun 120 illik yubileyinə həsr olunmuş tədbir keçirilib - (Foto)
-
Güclü külək əsəcək - Xəbərdarlıq
-
Rusiyadan Antalyaya uçan sərnişin təyyarəsində bomba həyəcanı
-
Yeni saziş Azərbaycanı Avropanın mühüm yaşıl enerji təchizatçısına çevirə bilər - Kamal Hacıyev
-
Aytən Mərəhhərmovanın ifasına tamaşaçı da ağladı, özü də... - (Video)
-
Çində Putinlə Tramp arasında qısa söhbət - (Video)
-
Ramil Qasımov və Emil Əfrasiyab birgə konsert verəcəklər- (Video)
-
Bu institutda direktor 6 min, müavinləri 5 min manat alacaq
-
Azərbaycan boksçusu ilə döyüşdə erməni rəqibi diskvalifikasiya olunub
-
Azərbaycan güləşçiləri Ermənistana gedəcək
-
"Yalı çapkını"nın Fəridinin kameralar qarşısında ürək bulandıran hərəkəti - (Video)
-
Azərbaycan dili və informatika dövlət qulluğu imtahanından çıxarılır? - RƏSMİ AÇIQLAMA
-
Prezident təqaüdü alanların sayı açıqlandı
-
Millimizin futbolçularının qaydalardan xəbəri yox imiş - Şahruddindən etiraf
-
Arda Gülərin “Real Madrid”lə müqaviləsi uzadıldı – Maaşı da artırıldı
-
Sosial şəbəkədəki şəkillərinə görə bacısını öldürübmüş... – Gülarənin qətlinin təfərrüatı - (Foto)
-
Kassano: "Ronaldinyonun bu hərəkəti biabırçılıqdır"





