İdman

Zidan həmin hadisədən danışdı: "Peşman da deyiləm"

2 Oktyabr 2026 09:45
Baxış: 373
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Fransa millisinin baş məşqçisi Zinəddin Zidan 2006-cı ildə keçirilən dünya çempionatının finalında Marko Materatsi ilə yaşadığı insidentə yenidən münasibət bildirib.

Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, Zinəddin Zidanın rəhbərlik etdiyi Fransa millisi oktyabrın 2-də Millətlər Liqasında İtaliya ilə üz-üzə gələcək. Qarşılaşma öncəsi keçirilən tədbirlərdən birində fransalı mütəxəssis həmin finalda baş verənləri xatırlayıb.

Zidan bildirib ki, sözügedən hadisədən sonra Marko Materatsi ilə heç bir əlaqəsi olmayıb. O, 2006-cı il finalında italiyalı futbolçunun sinəsinə kəllə ilə zərbə endirməsindən danışarkən həmin hərəkətindən fəxr etmədiyini vurğulayıb.

"Etdiyim hərəkətlə qürur duymuram, bunu hər zaman söyləmişəm. Amma buna görə peşman da deyiləm. Bu hadisə mənim karyeramın bir parçasıdır", - deyə Zidan qeyd edib.

Fransalı çalışdırıcı karyerasının yalnız həmin qalmaqallı epizodla xatırlanmasını istəmədiyini də bildirib. Onun sözlərinə görə, futbol həyatında daha çox müsbət və yadda qalan məqamlar olub.

Zidan əlavə edib ki, insanın karyerası yalnız uğurlu və mükəmməl anlardan ibarət ola bilməz və o, keçmişindən daha çox müsbət xatirələri yada salmağa üstünlük verir.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.