İdman

Həbib Nurməhəmmədov Usmanı həbsdən azad etdirdi

16 Noyabr 2026 20:35
Baxış: 107
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

UFC-nin keçmiş çempionu Həbib Nurməhəmmədov Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) rəsmiləri ilə apardığı danışıqlardan sonra əmisi oğlu Usman Nurməhəmmədovun həbsdən azad edilməsinə nail olub.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Həbib əvvəlcə UFC prezidenti Dana Uayta müraciət etsə də, sonuncu BƏƏ qanunvericiliyini əsas gətirərək kömək etməkdən imtina edib. Bundan sonra Həbib birbaşa Əmirliklərin rəsmiləri ilə əlaqə saxlayıb. Danışıqlar nəticəsində saxlanılan şəxslərin mərhələli şəkildə azad olunmasına dair razılıq əldə edilib.

Məlumata görə, Usman Nurməhəmmədov artıq həbsdən buraxılıb. Eyni zamanda, insident iştirakçılarının hadisə barədə ictimai açıqlama verməyəcəyinə dair təminat alınıb.

Xatırladaq ki, noyabrın 13-də Usman Nurməhəmmədov Əbu-Dabidə UFC döyüşçüsü Merab Dvalişvili ilə yaşanan dava səbəbindən 6 ay müddətinə həbs edilmişdi. Hadisə ilə əlaqədar daha 7 nəfər saxlanılmış, iştirakçılara yüksək məbləğdə cərimələr tətbiq olunmuşdu. Dvalişvili isə elə həmin gün sərbəst buraxılmışdı.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.