"Əvvəl alma-çörək yeyirdim, indi kürü..." - Nadir Qafarzadə
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Müğənni Nadir Qafarzadə son vaxtlar özünü yaxşı hiss etmədiyini, ətrafındakı insanların münasibətlərindən və həyatın dəyişməsindən yorulduğunu etiraf edib.
Axşam.az xəbər verir ki, sənətçi bu barədə aparıcı Lamiya Ələkbərovanın "Ulduzla danış" proqramında danışıb. N.Qafarzadə bildirib ki, bəzən insan nə qədər haqlı olsa da, ətrafındakılar həqiqəti qəbul etmək istəmir:
"Özümü heç yaxşı hiss etmirəm. Bir az yüklənmişəm. Düşünürəm, bəlkə, taqətdən düşürəm. Ətrafımdakılara baxıram, görürəm ki, cəmiyyətdən, işdən yorulublar. Deyirəm, mənim bəlli yaşım var, sizin 20-25 yaşınız var. Mən sizin yaşınızda olanda qaynayırdım. İnsan səni başa düşməyəndə özünə qapanırsan ki, görəsən, nəyi düz etmədim? Bəzən ətrafındakılar həqiqəti qəbul etmir. Hətta düz olsan da, bəzən həqiqəti deməməlisən".
Müğənni insanları yaxşılığa və köməyə öyrəşdirdiyini, lakin bunun hər zaman dəyərləndirilmədiyini də söyləyib:
"Avtomobil saxlayanda nəzarətçiyə bir manat olsa da verirəm. Çox vermək də olmaz. Pis öyrəşdirirsən. Bizim əvvəl bir manatımız olanda da şükr edirdik. Deyirdik, çörək almağa pulumuz var, kiməsə ağız açmayacağam. O qədər yavan çörək, alma-çörək yemişəm. Elə qəşəng olur. İmkan olmayıb, yemişəm. Bu gün kürü də yeyirəm, amma həmin ləzzət yoxdur. Onu yeyəndə anam yanımda idi. Qarnımı doyduran ana sevgisi idi".
N.Qafarzadə müasir dövrdə insanların telefonlara həddindən artıq bağlanmasından da gileylənib. O, bildirib ki, əvvəlki səmimi münasibətlər, qonaq gedib-gəlmək ənənəsi getdikcə arxa plana keçir:
"İndi bizi telefon yadlaşdırıb. Əvvəl qonaq gedirdik. İndi hər şeyi telefonla edirik. Həyat maraqsız olur". (Axşam.az)
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
"Əvvəl alma-çörək yeyirdim, indi kürü..." - Nadir Qafarzadə
-
Londonda magistr təhsili aldı, Qarabağ Universitetində müəllim oldu
-
Başına top dəyən futbolçu öldü
-
Müdafiə Nazirliyi: İntellektual bölmələrinin əhatə dairəsi genişləndirilib
-
Azərbaycanda bu avtovağzal satışa çıxarıldı
-
Bakıda turistləri daşıyan mikroavtobus qəza etdi
-
Gəncədə 42 yaşlı kişi binadan yıxıldı
-
Azərbaycanda aktyor vəfat etdi - (Foto)
-
Direktorların işə qəbul nəticələri açıqlandı
-
Azərbaycan İƏT çərçivəsində nəqliyyat, enerji və rəqəmsallaşma sahələrində əməkdaşlığı müzakirə edib - (Foto)
-
Azərbaycan və Birləşmiş Krallıq strateji tərəfdaşlıq üzrə əməkdaşlığın praktiki nəticələrini müzakirə edib
-
Mədəsi tamamilə götürülüb, əlilliyi ləğv edilib - şikayət
-
Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib - (Foto)
-
Oqtay Şıxəliyevin həyat və yaradıcılığından bəhs edən “Şəhərdə izi olan rəssam” adlı sənədli film nümayiş olunub - (Foto)
-
Bakıda yararsız kolbasa və süd məhsulları aşkarlandı
-
Professor Kəmran İmanovdan erməni saxtakarlıqları ilə bağlı sərt açıqlama
-
Gələcəyə Qayıdış - Tofiq Cabbarov Azərbaycan cazının ulduzlarını eyni səhnədə bir araya gətirəcək
-
Bəhreyndən İrana bağlı şəxslərə ağır cəza – 64 nəfər ömürlük həbs edildi
-
Aysun İsmayılova xəstəliyə tutuldu
-
Hakan Fidan yunanıstanlı həmkarı ilə görüşdü
-
Son 2 gündə Qara dənizdə 17 Azərbaycan vətəndaşı xilas edilib - (Yenilənib)
-
Gülben Ergen Bakı küçələrində görüntüləndi – (Video)
-
Bələdiyyə torpaqları satışa çıxarılır - Siyahı
-
Bakıda kinoteatrda maraqlı evlilik təklifi - (Video)





