Mədəsi tamamilə götürülüb, əlilliyi ləğv edilib - şikayət
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bakı şəhər sakini Viktoriya Nəcəfova əlilliyinin ləğv edilməsi ilə bağlı Trend-ə müraciət edib.
O, onkoloji xəstəliklə əlaqədar müalicə aldığını, mədəsinin tamamilə götürüldüyünü və səhhətindəki problemlərin davam etməsinə baxmayaraq, əlilliyinin yenidən təyin edilmədiyini bildirib.
V.Nəcəfovanın sözlərinə görə, ona 2020-ci il oktyabrın 11-də ikinci mərhələ Hodçkin limfoması diaqnozu qoyulub. Altı kurs kimyaterapiyadan sonra vəziyyətində müəyyən irəliləyiş olsa da, daha sonra şüa müalicəsi təklif edilib. Şikayətçi qorxduğu üçün bu müalicəyə razılıq vermədiyini, sonradan əməliyyat olunduğunu deyib.
"Əməliyyatdan sonra mənə üçüncü dərəcəli əlillik təyin edildi. Üç il əlillik statusum olub, sonra isə ləğv edilib. Halbuki mədəm tamamilə götürülüb, qidalanma ilə bağlı problemlərim, dəmir və B qrupu vitaminlərinin çatışmazlığı var. Hər iki aydan bir dəmir və B qrupu vitaminləri qəbul etməli oluram", - deyə o bildirib.
Şikayətçi qeyd edib ki, onda qanda şəkərin səviyyəsinin düşməsi, taxikardiya və kəskin halsızlıq halları baş verir. Onun sözlərinə görə, həkimlər ona dempinq sindromu diaqnozu da qoyublar. V.Nəcəfova beş ilə yaxındır davam edən ishalın da gündəlik həyatına və ümumi vəziyyətinə mənfi təsir göstərdiyini vurğulayıb.
O, əlilliyinin yenidən qiymətləndirilməsi üçün iki dəfə aidiyyəti qurumlara müraciət etdiyini, lakin imtina cavabı aldığını bildirib. V.Nəcəfova məsələ ilə bağlı məhkəməyə müraciət etdiyini və işə dekabrda baxılmasının gözlənildiyini əlavə edib.
Şikayətlə bağlı Trend-in sorğusuna cavab olaraq, Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin müdiri Tural Qurbanov bildirib:
"Bakı şəhər sakini 1983-cü il təvəllüdlü Nəcəfova Viktoriya Borisovna əlilliyinin qiymətləndirilməsi ilə bağlı tibb müəssisəsi tərəfindən rəsmiləşdirilən forma-88 göndərişi əsasında 15.12.2025, 09.01.2026-cı il tarixlərdə Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyinin həkim-ekspertləri tərəfindən əyani müayinə edilib.
Hər bir müayinə zamanı vətəndaşın sağlamlıq vəziyyətinin əlillik təyinatına əsas vermədiyi müəyyən edilib. Bu səbəbdən də qanunvericiliyə uyğun olaraq diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilib.
Viktoriya Nəcəfovanın hazırki sağlamlıq vəziyyətində əlillik təyinatına əsas verə biləcək ağırlaşmalar yaranıbsa, qeydiyyat üzrə tibb müəssisəsinə müraciət etməlidir. Tibb müəssisəsi tərəfindən şəxslə bağlı yeni göndəriş rəsmiləşdiriləcəyi təqdirdə, onun əlilliyi təkrar qiymətləndirilə bilər".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Direktorların işə qəbul nəticələri açıqlandı
-
Mədəsi tamamilə götürülüb, əlilliyi ləğv edilib - şikayət
-
Bələdiyyə torpaqları satışa çıxarılır - Siyahı
-
Bakıda kinoteatrda maraqlı evlilik təklifi - (Video)
-
Dövlət məktəbləri və bağçalarında bu dəyişiklik təklif edildi
-
Güclü külək gəlir - Xəbərdarlıq edildi
XƏBƏR LENTİ
-
Azərbaycanda aktyor vəfat etdi - (Foto)
-
Direktorların işə qəbul nəticələri açıqlandı
-
Azərbaycan İƏT çərçivəsində nəqliyyat, enerji və rəqəmsallaşma sahələrində əməkdaşlığı müzakirə edib - (Foto)
-
Azərbaycan və Birləşmiş Krallıq strateji tərəfdaşlıq üzrə əməkdaşlığın praktiki nəticələrini müzakirə edib
-
Mədəsi tamamilə götürülüb, əlilliyi ləğv edilib - şikayət
-
Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib - (Foto)
-
Oqtay Şıxəliyevin həyat və yaradıcılığından bəhs edən “Şəhərdə izi olan rəssam” adlı sənədli film nümayiş olunub - (Foto)
-
Bakıda yararsız kolbasa və süd məhsulları aşkarlandı
-
Professor Kəmran İmanovdan erməni saxtakarlıqları ilə bağlı sərt açıqlama
-
Gələcəyə Qayıdış - Tofiq Cabbarov Azərbaycan cazının ulduzlarını eyni səhnədə bir araya gətirəcək
-
Bəhreyndən İrana bağlı şəxslərə ağır cəza – 64 nəfər ömürlük həbs edildi
-
Aysun İsmayılova xəstəliyə tutuldu
-
Hakan Fidan yunanıstanlı həmkarı ilə görüşdü
-
Son 2 gündə Qara dənizdə 17 Azərbaycan vətəndaşı xilas edilib - (Yenilənib)
-
Gülben Ergen Bakı küçələrində görüntüləndi – (Video)
-
Bələdiyyə torpaqları satışa çıxarılır - Siyahı
-
Bakıda kinoteatrda maraqlı evlilik təklifi - (Video)
-
Filarmoniyada “Səsimiz Səsindir, Humay!” adlı xeyriyyə axşamı keçirilib - (Foto)
-
Dövlət məktəbləri və bağçalarında bu dəyişiklik təklif edildi
-
Güclü külək gəlir - Xəbərdarlıq edildi
-
Məşhur xanəndənin aparıcı əri ilə rəqsi: “O mənim sənətkarımdır” - (Video)
-
1000 oyun keçirən ilk fransalı futbolçu oldu
-
Daha bir ölkədə “Telegram”a qadağa qoyuldu - (Yenilənib)
-
Məşhur aparıcı “Xəzər TV”dən ayrıldı





