Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib - (Foto)
Noyabrın 16-da Doha şəhərində Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) Səlahiyyətli Konfransı çərçivəsində keçirilmiş seçkilərdə Azərbaycan Respublikası BTİ-nin Şurasının 2027-2030-cu illər üzrə üzvlüyünə, həmçinin AZCON Holding-in strukturuna daxil olan Azərbaycan Kosmik Agentliyinin (Azərkosmos) əməkdaşı Sitarə Mehdiyeva təşkilatın Radio Tənzimləmə Komitəsinin (RTK) 2027-2030-cu illər üzrə üzvlüyünə seçilib.
Bu barədə Milli.Az-a Xarici İşlər Nazirliyinin və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin birgə məlumatında bildirilib.
Qeyd edilib ki, seçkilər ciddi beynəlxalq rəqabət şəraitində keçirilib. BTİ-yə üzv olan 194 ölkədən 48-i təşkilatın Şurasına üzv seçilir. Azərbaycan təmsil olunduğu Şərqi Avropa və Şimali Asiya regionu üzrə ən yüksək səs toplayaraq, 129 səslə BTİ Şurasına üzv seçilib.
BTİ-nin Radio Tənzimləmə Komitəsi (RTK) 194 üzv ölkə arasından seçilən 12 nümayəndədən ibarətdir. Azərbaycan bu seçkilərdə də təmsil olunduğu qrup üzrə ən yüksək səs toplayaraq, 111 səslə RTK-ya üzv seçilib.
Beləliklə, Azərbaycan hər iki seçkidə təmsil olunduğu region üzrə ən yüksək səs toplayaraq BTİ-nin hər iki idarəetmə orqanında təmsil olunmaq hüququ qazanıb.
BTİ qlobal radio tezliklərin bölüşdürülməsini, peyk orbitlərini və informasiya-kommunikasiya texnologiyaları üzrə beynəlxalq texniki standartları idarə edən ixtisaslaşmış beynəlxalq təşkilatdır.
1992-ci ildən BTİ-nin üzvü olan ölkəmiz 2014, 2018 və 2022-ci illərdə ard-arda Şuraya, 2018 və 2022-ci illərdə isə RTK-ya üzv seçilib və bu illər ərzində təşkilatın fəailiyyətində fəal iştirak edir.
Azərbaycanın BTİ Şurasına ardıcıl dördüncü dəfə üzv seçilməsi və təqdim etdiyi namizədin Radio Tənzimləmə Komitəsində təmsil olunmaq hüququ qazanması beynəlxalq telekommunikasiya ictimaiyyətinin ölkəmizə göstərdiyi etimadın göstəricisidir.
BTİ Şurasında təmsilçilik ölkəmizə təşkilatın strateji prioritetlərinin və fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsində, mühüm qərarların qəbulunda, eləcə də qlobal rəqəmsal gündəliyin formalaşdırılmasında birbaşa iştirak etmək imkanı yaradır. Radio Tənzimləmə Komitəsində təmsilçilik isə radiotezlik və peyk orbitlərinin tənzimlənməsi, radio spektrindən səmərəli istifadə və müvafiq beynəlxalq normativ çərçivənin təkmilləşdirilməsi proseslərində Azərbaycanın mövqeyinin və maraqlarının daha effektiv şəkildə təmsil olunmasına xidmət edəcək.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycan İƏT çərçivəsində nəqliyyat, enerji və rəqəmsallaşma sahələrində əməkdaşlığı müzakirə edib - (Foto)
-
Azərbaycan və Birləşmiş Krallıq strateji tərəfdaşlıq üzrə əməkdaşlığın praktiki nəticələrini müzakirə edib
-
Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib - (Foto)
-
Professor Kəmran İmanovdan erməni saxtakarlıqları ilə bağlı sərt açıqlama
-
Brüsseldə NATO-Azərbaycan formatında görüş keçirilib
-
“Bir pəncərə” informasiya sistemi haqqında əsasnamə təsdiq edilib
XƏBƏR LENTİ
-
Azərbaycanda aktyor vəfat etdi - (Foto)
-
Direktorların işə qəbul nəticələri açıqlandı
-
Azərbaycan İƏT çərçivəsində nəqliyyat, enerji və rəqəmsallaşma sahələrində əməkdaşlığı müzakirə edib - (Foto)
-
Azərbaycan və Birləşmiş Krallıq strateji tərəfdaşlıq üzrə əməkdaşlığın praktiki nəticələrini müzakirə edib
-
Mədəsi tamamilə götürülüb, əlilliyi ləğv edilib - şikayət
-
Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib - (Foto)
-
Oqtay Şıxəliyevin həyat və yaradıcılığından bəhs edən “Şəhərdə izi olan rəssam” adlı sənədli film nümayiş olunub - (Foto)
-
Bakıda yararsız kolbasa və süd məhsulları aşkarlandı
-
Professor Kəmran İmanovdan erməni saxtakarlıqları ilə bağlı sərt açıqlama
-
Gələcəyə Qayıdış - Tofiq Cabbarov Azərbaycan cazının ulduzlarını eyni səhnədə bir araya gətirəcək
-
Bəhreyndən İrana bağlı şəxslərə ağır cəza – 64 nəfər ömürlük həbs edildi
-
Aysun İsmayılova xəstəliyə tutuldu
-
Hakan Fidan yunanıstanlı həmkarı ilə görüşdü
-
Son 2 gündə Qara dənizdə 17 Azərbaycan vətəndaşı xilas edilib - (Yenilənib)
-
Gülben Ergen Bakı küçələrində görüntüləndi – (Video)
-
Bələdiyyə torpaqları satışa çıxarılır - Siyahı
-
Bakıda kinoteatrda maraqlı evlilik təklifi - (Video)
-
Filarmoniyada “Səsimiz Səsindir, Humay!” adlı xeyriyyə axşamı keçirilib - (Foto)
-
Dövlət məktəbləri və bağçalarında bu dəyişiklik təklif edildi
-
Güclü külək gəlir - Xəbərdarlıq edildi
-
Məşhur xanəndənin aparıcı əri ilə rəqsi: “O mənim sənətkarımdır” - (Video)
-
1000 oyun keçirən ilk fransalı futbolçu oldu
-
Daha bir ölkədə “Telegram”a qadağa qoyuldu - (Yenilənib)
-
Məşhur aparıcı “Xəzər TV”dən ayrıldı





