Ölkə

Azərbaycanda bu avtovağzal satışa çıxarıldı

16 Noyabr 2026 19:24
Baxış: 137
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Mingəçevir avtovağzalı satışa çıxarılıb.

Milli.Az Xitab24.az-a istinadla bildirir ki, avtovağzal binası kimi fəaliyyət göstərən qeyri-yaşayış sahəsi dövlət hərracı vasitəsilə satılır.

Mingəçevir şəhəri, Heydər Əliyev prospekti 110 ünvanında yerləşən, 0.0912 ha torpaq sahəsi və üzərindəki binanın hazırda satış qiyməti 637 500 manat təşkil edir.

Avtovağzal binasının hansı səbəbdən hərraca çıxarıldığı hələlik bəlli deyil.

Qeyd edək ki, Mingəçevir Avtovağzalının direktoru Tofiq Rəhimovdur. Onun oğlu Coşqun Rəhimov ötən ilin oktyabrında avtovağzal ərazisində yerləşən oteldə ölü vəziyyətdə tapılmışdı.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.