Hadisə

Gəncədə 42 yaşlı kişi binadan yıxıldı

16 Noyabr 2026 19:10
Baxış: 120
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Gəncədə 42 yaşlı kişi yaşayış binasından yıxılıb.

Milli.Az xəbər verir ki, hadisə şəhərin İsax Cəfərov küçəsi, bina 3 ünvanında qeydə alınıb.

Belə ki, 1984-cü il təvəllüdlü Arzu Baxşəliyev ehtiyatsızlıq nəticəsində yaşayış binasının 4-cü mərtəbəsindən yıxılaraq ağır xəsarət alıb.

O, Gəncə şəhər Abbas Səhhət adına xəstəxanaya çatdırılıb. Hazırda zərərçəkənin vəziyyətinin ağır olaraq qaldığı bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.