İdman

Kvaratsxeliya yeni peşəyə keçir

16 Noyabr 2026 20:18
Baxış: 94
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Fransanın PSJ klubunun və Gürcüstan millisinin futbolçusu Xviça Kvaratsxeliya zədədən sonra bərpa prosesinin yaxşı getdiyini bildirib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, 25 yaşlı hücumçu bu barədə "Twitch" platformasında canlı yayım zamanı danışıb.

Sağ dizinin ön çarpaz bağının qırılması səbəbindən əməliyyat olunan futbolçu təxminən altı ay yaşıl meydanlardan kənarda qalacağını qeyd edib.

"Yaxşı bərpa olunuram. Tədricən, addım-addım məşq edirəm. Təxminən altı ay futbol oynamayacağam. Strimer olacağam", - deyə Kvaratsxeliya bildirib.

Gürcüstan millisinin üzvü canlı yayım zamanı fransız dilində də danışıb. O, PSJ-yə keçdikdən sonra bu dili öyrəndiyini və hazırda daha yaxşı danışdığını nümayiş etdirib.

Qeyd edək ki, Kvaratsxeliya oktyabrın 20-də UEFA Çempionlar Liqasında "Barselona" ilə matçda (4:2) zədələnib. PSJ oktyabrın 27-də futbolçunun sağ dizinin ön çarpaz bağının qırılması səbəbindən əməliyyat olunduğunu açıqlayıb.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.