İdman

Emin Mahmudov Azərbaycan millisi ilə vidalaşdı - (Video)

16 Noyabr 2026 22:31
Baxış: 77
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Azərbaycan futbol millisinin kapitanı Emin Mahmudova yığmanın heyətində sonuncu - 66-cı oyununa çıxması münasibətilə xüsusi forma təqdim olunub.

Milli.Az xəbər verir ki, AFFA-nın baş katibi Cahangir Fərəcullayev Andorra ilə yoldaşlıq görüşünün start fitindən əvvəl futbolçuya üzərində 66 rəqəmi yazılmış forma hədiyyə edib.

Qeyd edək ki, 2016-cı ildən Azərbaycan millisinin şərəfini qoruyan "Neftçi"nin yarımmüdafiəçisi yığmanın heyətində keçirdiyi oyunlarda 15 qol vurub.

Emin Mahmudov bu göstərici ilə Qurban Qurbanova məxsus rekordu yeniləyərək Azərbaycan millisinin tarixində ən çox qol vuran futbolçu adına sahib olub.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.