Leyla Əliyeva Qaraçuxur İdman Zalının açılışında iştirak edib - (Foto)
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva noyabrın 16-da Bakının Suraxanı rayonunda Qaraçuxur İdman Zalının açılışında iştirak edib.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, gənclər və idman naziri Fərid Qayıbov Leyla Əliyevaya idman zalında yaradılmış şərait barədə məlumat verib.
Bildirilib ki, Qaraçuxur İdman Zalının tikintisinə Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə təsdiq edilmiş "Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı" əsasında başlanılıb.
İdman zalının ərazisi 0,27 hektar, tikintialtı sahəsi 987, ümumi sahəsi isə 1115 kvadratmetrdir. Baş plana əsasən, ərazidə ikimərtəbəli idman zalı binası, açıq hava idman meydançası, uşaqlar üçün minifutbol meydançası və yer tipli şahmat sahəsi inşa edilib.
Açıq hava idman meydançası ətraf ərazidə yaşayan sakinlərin, o cümlədən uşaqların və gənclərin bədən tərbiyəsi və idmanla gündəlik məşğul olmaları üçün müvafiq avadanlıqlarla təchiz edilib.
İkimərtəbəli idman zalının birinci mərtəbəsində 30x18 metr ölçüdə, 25 tamaşaçı yeri olan universal zal fəaliyyət göstərəcək. Burada gimnastika, güləş, taekvondo, karate, cüdo, badminton, uşaq voleybolu və basketbol idman növləri üzrə məşqlərin və yarışların keçirilməsi mümkün olacaq.
İkinci mərtəbədə aerobika və rəqs məşqləri üçün zal, həmçinin trenajor zalı fəaliyyət göstərəcək. Zalda paltardəyişmə və duş otaqları, məşqçilər üçün otaq, həkim otağı və digər inzibati otaqlar yaradılıb. Binanın birinci mərtəbəsində kafenin də fəaliyyəti nəzərdə tutulub.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Leyla Əliyeva Qaraçuxur İdman Zalının açılışında iştirak edib - (Foto)
-
Şahin Əliyev vəfat etdi - (Foto)
-
Şəmkirdə evdən kişi və qadın meyiti tapılıb
-
Azərbaycanda terminallarla ödəniş qaydası dəyişdi
-
Bakı İcra Hakimiyyətində dəyişikliklər: Yeni təyinatlar...
-
Londonda magistr təhsili aldı, Qarabağ Universitetində müəllim oldu
XƏBƏR LENTİ
-
Leyla Əliyeva Qaraçuxur İdman Zalının açılışında iştirak edib - (Foto)
-
Azərbaycan millisi hesabı açdı - Yenilənir
-
Şahin Əliyev vəfat etdi - (Foto)
-
Şəmkirdə evdən kişi və qadın meyiti tapılıb
-
Azərbaycanda terminallarla ödəniş qaydası dəyişdi
-
Bakı İcra Hakimiyyətində dəyişikliklər: Yeni təyinatlar...
-
Həbib Nurməhəmmədov Usmanı həbsdən azad etdirdi
-
Robert Pattinson Yeni Ceyms Bond seçildi
-
Kvaratsxeliya yeni peşəyə keçir
-
"Əvvəl alma-çörək yeyirdim, indi kürü..." - Nadir Qafarzadə
-
Londonda magistr təhsili aldı, Qarabağ Universitetində müəllim oldu
-
Başına top dəyən futbolçu öldü
-
600-dən çox bal toplayanlar hərbi xidmətdə xüsusi bölmələrə cəlb olunacaq
-
Azərbaycanda bu avtovağzal satışa çıxarıldı
-
Bakıda turistləri daşıyan mikroavtobus qəza etdi
-
Gəncədə 42 yaşlı kişi binadan yıxıldı
-
Azərbaycanda aktyor vəfat etdi - (Foto)
-
Direktorların işə qəbul nəticələri açıqlandı
-
Azərbaycan İƏT çərçivəsində nəqliyyat, enerji və rəqəmsallaşma sahələrində əməkdaşlığı müzakirə edib - (Foto)
-
Azərbaycan və Birləşmiş Krallıq strateji tərəfdaşlıq üzrə əməkdaşlığın praktiki nəticələrini müzakirə edib
-
Mədəsi tamamilə götürülüb, əlilliyi ləğv edilib - şikayət
-
Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib - (Foto)
-
Oqtay Şıxəliyevin həyat və yaradıcılığından bəhs edən “Şəhərdə izi olan rəssam” adlı sənədli film nümayiş olunub - (Foto)
-
Bakıda yararsız kolbasa və süd məhsulları aşkarlandı





