Hadisə

“Şirvangöl” şadlıq sarayında yoxlama keçirilib

2 Oktyabr 2026 14:58
Baxış: 328
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Şamaxıda şadlıq sarayında saxta spirtli içkilərin satışının qarşısı alınıb.

Milli.Az xəbər verir ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Şamaxı şəhəri, Bakı-Qazax yolu, ev 120 ünvanında fəaliyyət göstərən "Şirvangöl" şadlıq sarayında yoxlama keçirib.

Yoxlama zamanı istehlaka təqdim olunmasının qarşısı alınan saxtalaşdırma əlamətləri olan 72 ədəd, hər biri 0,7 litr həcmində "Sobranie" əmtəə nişanlı araq məhsulu aşkarlanıb.

Bundan əlavə, obyektdə normativ hüquqi aktların, sanitariya norma və qaydalarının tələblərinin pozulduğu müəyyən edilib.

Faktla bağlı qanunvericiliyə uyğun olaraq inzibati tədbir görülüb, aşkarlanan məhsullar dövriyyədən çıxarılıb. Məhsullardan nümunələr götürülərək laborator müayinələrə göndərilib.

Araşdırmalar davam etdirilir.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.