Texnologiyada qadın gücü: Bir "Ctrl is hers” qalibləri üçün təlimlərə başlayıb
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bir ekosisteminin qadınların texnologiya sahəsində bilik və bacarıqlarını inkişaf etdirməsinə və bu istiqamətdə karyera imkanları qazanmasına dəstək məqsədilə həyata keçirdiyi "Ctrl is hers" proqramında 66 iştirakçı üçün intensiv təlimlər başlayıb.
Proqrama qısa müddətdə 1012 müraciət daxil olub. Çoxmərhələli seçim prosesinin ilkin mərhələsində 652 namizəd texniki testdən keçib. Test nəticələrinə əsasən 103 namizəd müsahibəyə dəvət olunub. Yekunda isə 66 qadın proqramın iştirakçısı seçilib.
Seçilən iştirakçılar layihənin davamında "Kibertəhlükəsizlik", "Frontend developer", "Data elmi", "IT əməliyyatları və texniki dəstək", "Backend developer" "Mobil tətbiqlərin hazırlanması", "UX/UI dizaynı", "IT biznes analizi", "Keyfiyyətə nəzarət və test", "IT idarəetməsi", "DevOps və bulud texnologiyaları" kimi istiqamətlər üzrə intensiv təlimlərə cəlb olunublar.
Layihə çərçivəsində proqram iştirakçıları Bir ekosisteminin rəhbər heyəti və müxtəlif texnologiya istiqamətlərində çalışan mütəxəssislərlə görüşüblər. Görüşdə Bir ekosisteminin rəhbəri Fərid Hüseynov, Ödənişlər biznesinin rəhbəri Calal Orucov, Təşkilati inkişaf və HR texnologiyaları departamentinin direktoru Aygün Musayeva iştirak ediblər. Görüş zamanı mütəxəssislər peşəkar təcrübələrini iştirakçılarla bölüşüb və texnologiya sahəsində karyera qurmaqla bağlı praktiki tövsiyələr veriblər.
Bir ekosisteminin rəhbəri Fərid Hüseynov layihədən gözləntilərini iştirakçılarla bölüşüb: "Texnologiyanın sürətli inkişafı yeni imkanlar yaratmaqla yanaşı, bu imkanlardan yararlana biləcək istedadlara və yeni bacarıqlara olan ehtiyacı da artırır. Bizim üçün "Ctrl is hers" qadınların texnologiya sahəsində öz potensialını reallaşdırması üçün belə bir mühit yaratmaq baxımından önəmlidir. İstəyirik ki, siz burada bilik əldə etməklə yanaşı, texnologiyanın real biznes mühitində necə tətbiq olunduğunu da görə, peşəkarlarla ünsiyyətdə ola və öz karyera yollunuza daha inamla, daha güclü davam edəsiniz. İnanıram ki, bu proqramı qadınların şəxsi inkişafına dəstək olmaqla yanaşı, əmək bazarında texnoloji potensialı olan peşəkarların artmasına da dəstək olacaq".
Qeyd edək ki, təlimlər nəzəri biliklərlə məhdudlaşmır. Layihənin davamında iştirakçılar Bir ekosisteminin müxtəlif texnologiya istiqamətlərində çalışan mütəxəssisləri ilə birbaşa ünsiyyət quracaq, real iş mühiti ilə tanış olacaq, həmçinin əldə etdikləri bilikləri təcrübə etmək imkanı qazanacaqlar.
Layihənin sonunda iştirakçıların inkişafı qiymətləndiriləcək. Proqramın nəticələrinə uyğun olaraq iştirakçılar üçün Bir ekosistemində təcrübə proqramlarında iştirak və karyera imkanları nəzərdə tutulur.
Bir Azərbaycanda fərdi və korporativ müştərilərin gündəlik xidmətlərdən istifadə davranışlarını kökündən dəyişən, Qafqazın ilk tam inteqrasiya olunmuş rəqəmsal ekosistemidir. Ölkənin aparıcı brendlərini - Birbank rəqəmsal mobil bankçılıq tətbiqi, Birmarket e-ticarət platforması, Milliön ödəniş terminalları və m10 rəqəmsal pul kisəsini özündə birləşdirərək 2025-ci ildə fəaliyyətə başlayan ekosistem hazırda 5 milyondan çox müştəriyə xidmət göstərir. Geniş infrastruktur imkanları, eləcə də Trendyol Azərbaycan və BakıKart-la qurulmuş strateji tərəfdaşlıqlar sayəsində Bir, Azərbaycanın ilk və ən irimiqyaslı rəqəmsal ekosisteminin əsasını qoyur.
Daha ətraflı: bir.az
DİGƏR XƏBƏRLƏR
-
Texnologiyada qadın gücü: Bir "Ctrl is hers” qalibləri üçün təlimlərə başlayıb
-
Mərkəzi Bankın valyuta ehtiyatları artıb
-
Uşağı xaricə aparmaq istəyən valideynlər bunu bilməlidir
-
Prezident İlham Əliyev: Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər qaldırılacaq
-
Azərbaycanda güclü yağış yağacaq - Proqnoz verildi
-
Azərbaycanda evlilik yaşı artır: Gənclər niyə gec ailə qurur?
XƏBƏR LENTİ
-
“Şirvangöl” şadlıq sarayında yoxlama keçirilib
-
Bakıda kişi binanın dəhlizində faciəvi şəkildə öldü
-
"Turan Tovuz" - "Fənərbağça" oyununa 25 minə yaxın bilet satılıb
-
Bakıda kişi pilləkənlərdən yıxılıb öldü
-
"Forsaj" serial olacaq
-
Şəkidə bədii gimnastika üzrə regional yarış təşkil olunacaq
-
Texnologiyada qadın gücü: Bir "Ctrl is hers” qalibləri üçün təlimlərə başlayıb
-
Türkiyədə 11 şəhərə “sarı” xəbərdarlıq edildi
-
Məktəbdə şagirdlərin zəhərlənməsi ilə bağlı səs yazısı yayıldı - DİN-dən reaksiya
-
Azərbaycan - Litva oyununun hakimləri açıqlandı
-
Mərkəzi Bankın valyuta ehtiyatları artıb
-
Uşağı xaricə aparmaq istəyən valideynlər bunu bilməlidir
-
Prezident İlham Əliyev: Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər qaldırılacaq
-
Putin əmr edib ki, məktəblər də vurulsun - Zelenski
-
Ukrayna ilə sərhəddə PUA düşdü - Rumıniyada yanğın başladı
-
Türkiyə millisi Belçika ilə oyunöncəsi əsas heyət üzvünü itirdi
-
Müğənni Ayaz tanınmış bloqerlə sevgilidir? - (Video)
-
Azərbaycanda güclü yağış yağacaq - Proqnoz verildi
-
Ötən ay sərhədi pozan 20 nəfər saxlanıldı
-
Azərbaycanda evlilik yaşı artır: Gənclər niyə gec ailə qurur?
-
“8 gün ac və bağlı otaqda qaldım” - Məşhur rəqqasa qarşı daha bir ittiham
-
Sumqayıtda məktəbdə zəhərlənən şagirdlərin sayı 21-ə çatdı - (Yenilənib)
-
Türkiyədə daha bir bələdiyyə sədri saxlanıldı
-
Maşında qadına şiddət göstərən rəqqas saxlanıldı





