Azərbaycan neftinin qiyməti 93 dollara yüksəldi
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
İtaliyanın Auqusta limanında "Azeri Light" markalı Azərbaycan neftinin CIF bazasında qiyməti 2,33 ABŞ dolları və ya 2,56 faiz artaraq 93,37 dollar/barelə yüksəlib.
Milli.Az-ın neft bazarındakı mənbəyə istinadən verdiyi məlumata görə, Türkiyənin Ceyhan limanında "Azeri Light" markalı neftin FOB bazasında qiyməti isə 2,41 dollar və ya 2,74 faiz bahalaşaraq 90,30 dollar/barel təşkil edib.
"URALS" markalı xam neftin qiyməti 3,32 dollar və ya 5,85 faiz artaraq 60,09 dollar/barelə çatıb.
Şimal dənizindən hasil edilən "Dated Brent" markalı neftin qiyməti də 2,32 dollar və ya 2,72 faiz yüksələrək 87,60 dollar/barel olub.
Qeyd edək ki, Azərbaycanın 2026-cı il dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 dollar səviyyəsində nəzərdə tutulub.
"Trading Economics"in məlumatına görə, neftin qiyməti cümə günü 78 dollar/bareli keçərək əvvəlki sessiyada başlayan yüksəlişini davam etdirib.
Bazar iştirakçılarının diqqəti yenidən Hörmüz boğazında yaranan gərginliyə yönəlib. Bölgədə vəziyyətin kəskinləşməsi mühüm dəniz marşrutunun tam fəaliyyətə başlaması ilə bağlı narahatlıqları artırıb.
Məlumata görə, Qeşm adası yaxınlığında partlayışların qeydə alınmasından sonra İran Hörmüz boğazında "düşmən hədəfləri" adlandırdığı obyektlərə zərbələr endirib.
İran və Oman arasında boğazın fəaliyyətinin tənzimlənməsini nəzərdə tutan razılaşma layihəsində Tehranın ABŞ və İsrail gəmilərinin Hörmüz boğazından keçidini qadağan etməyi, düşmən hesab etdiyi ölkələrin gəmilərinə isə keçid üçün əvvəlcədən kompensasiya ödəmək tələbi irəli sürdüyü bildirilir.
İran, həmçinin müəyyən qaydaları pozan gəmilər üçün yükün dəyərinin 20 faizi həcmində cərimə tətbiqini təklif edib. Tehran ABŞ-nin dəniz blokadası aradan qaldırılana qədər boğazın yalnız qismən açıq saxlanılacağını bəyan edib.
Hazırda İran parlamentində müzakirə olunan layihənin kommersiya gəmiçiliyi üçün bazarların gözləntilərindən daha sərt şərtlər nəzərdə tutduğu qeyd olunur.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
İsti günlər bitir: Güclü külək və leysan gəlir - Bu tarixdən
-
Ali Məhkəmədən müəlliflik hüququ ilə bağlı mühüm qərar
-
Qış gəlməmiş bu işi görün - “Azəristiliktəchizat”dan vacib çağırış
-
ABŞ Rusiyadan həbsdə olan vətəndaşının azadlığa buraxılmasını istəyib
-
İmişlidə 5 yaşlı uşaq traktorun vurması nəticəsində ölüb
-
Azərbaycandan tranzit keçməklə Ermənistana buğda və daş kömür göndəriləcək
-
Gürcüstan Bakı–Tbilisi–Bakı marşrutu üzrə əlavə reysi niyə qəbul edə bilmir?
-
Qızıl bahalaşdı
-
Beyləqanda bir nəfər kanalda batıb
-
Azərbaycan neftinin qiyməti 93 dollara yüksəldi
-
Bu ərazilərdə işıq olmayacaq
-
Avtomobili park edərkən musiqi səsini azaldırsınızsa, psixoloji açıqlaması var
-
Oteldə ilk işiniz bu olsun: Qapıdan mütləq stəkan asın
-
Bir çox insan mədə problemi hesab edir - pankreas xərçənginin ilk əlamətiymiş
-
Siçanların nifrət etdiyi yeganə qoxu
-
Antonio Banderas infarktdan sonra hər şeyi dəyişdi: "Sanki gözümə eynək taxdılar"
-
Yayda bu içki ürək tutmasını dərhal tətikləyir
-
Telefonunu belə şarj edənlərin nəzərinə
-
Qəssablar müştərilərin almaqdan çəkindiyi tək ət növünü açıqladılar
-
Dəməşqdə partlayış olub - ölənlər və yaralılar var
-
Prokurorluğa şikayət etdiyi 17 yaşlı qızının sevgilisi ilə fotoları yayıldı
-
Qurban Qurbanovdan məğlubiyyət şərhi
-
"Real Madrid"in transfer planı alınmadı: Rodri "Barselona"ya üz tutdu
-
Günün qoroskopu: Ani qərarlarla edilən xərclərdən qaçmalısınız





