Rəşad Dağlı azadlığa çıxır? - (Video)
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə Rəşad Dağlının mümkün əfv olunması ilə bağlı səslənən fikirlərə münasibət bildirib.
Milli.Az xəbər verir ki, o, hüquq müdafiəçisi Novella Cəfəroğlunun açıqlamalarının tam başa düşülmədiyini deyərək qeyd edib ki, Əfv Məsələləri Komissiyasının əsas vəzifəsi müraciətləri toplamaq və dövlət başçısına təqdim etməkdir.
Çingiz Qənizadə bildirib ki, komissiyanın siyahılarında əsasən ağır xəstələr, ailə vəziyyəti ağır olan şəxslər, cəzasının böyük hissəsini çəkmiş məhkumlar və müəyyən kateqoriyaya aid şəxslər yer alır. O vurğulayıb ki, Prezident bu müraciətlərə hər zaman həssas yanaşıb və bir çox hallarda siyahılarda olan şəxslərlə bağlı qərarlar verib.
Rəşad Dağlı məsələsinə toxunan hüquq müdafiəçisi qeyd edib ki, o, qəsdən adam öldürmə ittihamı ilə məhkum edilib və hazırda cəza çəkir.
"Bizim siyahıya salınması üçün heç bir əsas yoxdur. Müəyyən istisnalar olur - ağır xəstəlik, ailə vəziyyəti, azyaşlı uşaqlar, sosial durum və digər humanitar amillər. Amma Rəşad Dağlı həmin kateqoriyaya aid şəxslərdən deyil", - deyə Çingiz Qənizadə bildirib.
O əlavə edib ki, qanunvericiliyə əsasən, məhkum cəzasının müəyyən hissəsini çəkdikdən sonra əfv olunmaq hüququ qazana bilər. Bununla yanaşı, Prezidentin istənilən şəxsi istənilən vaxt əfv etmək səlahiyyəti var. Lakin bunun üçün əsasların mövcud olması vacibdir.
"Prezident istədiyi şəxsi istədiyi vaxt əfv edə bilər. Amma bunun üçün əsas olmalıdır. Mən hesab edirəm ki, Rəşad Dağlı fərdi qaydada əfv olunmalı şəxslər kateqoriyasına aid deyil", - deyə Çingiz Qənizadə vurğulayıb.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Azərbaycanda yük daşımalarının avtomobil nəqliyyatından dəmir yoluna keçirilməsi planlaşdırılır
-
Azərbaycan Türkiyəyə başsağlığı verdi
-
Raul Qonsales "Ovyedo"nun baş məşqçisi təyin olunub
-
Tuncay Şamil 50-ci yubiley dünya çempionatının gümüş medalını qazandı
-
Hansı sürət yanacağa qənaət edir? - Sürücülər üçün "qızıl rəqəm" açıqlandı
-
Şəmkirdə vəzifəli şəxs vəfat etdi
-
Birinci vitse-prezident Mehriban Əliyeva sosial media hesabında paylaşım edib - (Foto/Video)
-
Sərdar Ortaçdan Tarkana SƏRT MESAJ: “1 nömrə mənəm”
-
Tramp ondan İranla danışıqlarda vasitəçilik etməsini istəyib
-
Polşada terror aktı ilə bağlı beş nəfər saxlanılıb
-
Totti "Fənərbağça"a üçün İstanbula getdi
-
Natavan Həbibi tanınmaz halda (Foto)
-
Viktor Orbanın qardaşı saxlanıldı
-
Fidan Hacıyeva Londonda uğurla çıxış edib - Musiqi Zəfər və Dövlət Bayrağı şərəfinə ürəkləri birləşdirib - (Video/Foto)
-
Köhnə əşyaları atanlar bunu bilsəydi... - Evdəki əşyaların gizli dəyəri
-
Türkiyədə zəlzələ oldu
-
Rusiya Ukraynanın itkilərini yenilədi
-
Hava şəraitinə görə bu oyun təxirə salındı
-
ABŞ helikopterləri Hörmüz boğazında göründü - (Video)
-
İzmirdə fabrikdə partlayış - Ölənlər və yaralananlar var - (Yenilənib)
-
Bakıda güclü külək ağacı qaz borusunun üzərinə aşırdı: Avtomobil zədələndi - (Video)
-
Naxçıvanda ağır qəza - Xəsarət alan var
-
"Düşmənə dərs verən bunlardır" - (Video)
-
“Biz qayıtmışıq!” – AzTV-dən Böyük Qayıdışla bağlı maraqlı videoçarx





