Düzgün ixtisas seçimi necə aparılmalıdır?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"İxtisas seçimi ali təhsilə qəbul prosesinin son mərhələsi deyil, əslində insanın gələcək peşə həyatının təməlini qoyan ən mühüm qərarlardan biridir. Təəssüf ki, bir çox abituriyent bu mərhələdə yalnız topladığı bala və ya ötən ilin keçid balına əsaslanaraq seçim edir. Halbuki düzgün ixtisas seçimi bir neçə mühüm amilin birlikdə qiymətləndirilməsi ilə aparılmalıdır".
Bunu Milli.Az-a açıqlamasında təhsil mütəxəssisi Əlmusa Atamalıyev deyib.
O bildirib ki, ilk növbədə, abituriyent öz maraq dairəsini və bacarıqlarını düzgün təhlil etməlidir. Məsələn, riyazi təfəkkürü güclü olan, analitik düşünən bir gəncin yalnız "hüquq prestijlidir" deyə həmin sahəni seçməsi gələcəkdə peşə məmnuniyyətsizliyinə səbəb ola bilər. Əksinə, həmin abituriyent informasiya texnologiyaları, mühəndislik və ya data analitikası kimi sahələrdə daha uğurlu karyera qura bilər.
"İkinci vacib amil əmək bazarının tələbləridir. Bugünkü bazarda yalnız diplom kifayət etmir. İşəgötürənlər praktik bacarıqlara, xarici dil biliklərinə, rəqəmsal kompetensiyalara və problem həll etmə qabiliyyətinə üstünlük verirlər. Buna görə də ixtisas seçərkən "5 ildən sonra bu sahəyə ehtiyac olacaqmı?" sualına da cavab axtarmaq lazımdır.
Üçüncü məsələ universitet seçimidir. Eyni ixtisas müxtəlif ali məktəblərdə fərqli tədris imkanları, laboratoriyalar, təcrübə proqramları və beynəlxalq əməkdaşlıqlar təqdim edir. Buna görə də yalnız ixtisasın adına deyil, onu tədris edən universitetin keyfiyyət göstəricilərinə də diqqət yetirilməlidir.
Nümunə: Təsəvvür edək ki, abituriyent 520 bal toplayıb. Onun qarşısında kompüter mühəndisliyi və iqtisadiyyat ixtisası arasında seçim var. Əgər məktəb illərindən proqramlaşdırmaya maraq göstəribsə, müxtəlif layihələr hazırlayıbsa və analitik düşüncə qabiliyyəti yüksəkdirsə, kompüter mühəndisliyi onun üçün daha doğru seçim ola bilər. Yox, əgər maliyyə, biznes və idarəetmə sahəsinə marağı varsa, iqtisadiyyat istiqamətində inkişaf etməsi daha məqsədəuyğundur. Yəni eyni bal müxtəlif insanlar üçün fərqli qərarlar doğura bilər.
Mən həmişə vurğulayıram ki, ixtisas seçimi bal seçimi deyil, gələcək həyat seçiminin başlanğıcıdır".
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
Gündə 5, ayda 20 min manat: Yeni limitlərlə bağlı açıqlama - (Video)
-
Düzgün ixtisas seçimi necə aparılmalıdır?
-
“Arzum 999”un məhkəməsində yeni qərar
-
Bakıda keçiriləcək Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun Təşkilat Komitəsi yaradılıb
-
Azərbaycan Estoniyaya yeni səfir təyin edib
-
İrfan Davudov Azərbaycanın Pakistandakı səfiri təyin edilib
XƏBƏR LENTİ
-
İslandiya 2028-ci ildə Aİ-yə qoşula bilər
-
Gündə 5, ayda 20 min manat: Yeni limitlərlə bağlı açıqlama - (Video)
-
"Tarqovu"da baş verən yanğın məhdudlaşdırılıb - (Yenilənib/Video)
-
Altay Bayındır “Mançester Yunayted”dən ayrılır
-
Tovuzda fermada gənc bibisini güllələyərək öldürdü
-
Trampın yaratdığı Sülh Şurasından ilk hərbi layihə
-
Ərdoğan Səudiyyə Ərəbistanına səfər edib
-
Düzgün ixtisas seçimi necə aparılmalıdır?
-
“Arzum 999”un məhkəməsində yeni qərar
-
Moskvada güclü partlayış səsləri eşidilib
-
Şəmkirdə Abidələr parkında antisanitar vəziyyət yarandı - (Foto)
-
Bakıda keçiriləcək Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun Təşkilat Komitəsi yaradılıb
-
Azərbaycan Estoniyaya yeni səfir təyin edib
-
İrfan Davudov Azərbaycanın Pakistandakı səfiri təyin edilib
-
Aİ-nin Ermənistan üzərində təsir imkanları yoxdur
-
Azərbaycan və Tacikistan arasında illik təhsil kvotalarının qarşılıqlı ayrılması haqqında saziş təsdiqlənib
-
Media və Yayım Şurasının strukturu təsdiqlənib
-
Sabahın hava proqnozu açıqlandı
-
Türkiyədə 4,1 bal gücündə zəlzələ qeydə alınıb
-
“Sabah” - “Orhus” oyununun hakimləri dəyişdirildi
-
Pezeşkian qonşu ölkələrin dəstəyindən danışdı: “Buna imkan vermədilər”
-
Aytən Abdullayevaya yüksək vəzifə verildi
-
Tailandda məktəbdə qanlı atışma: 7 nəfər öldü
-
Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan müdafiə sazişi imzalayacaq





