İki mindən çox xarici sayta hücum edən şəxslər saxlanılıb (Video)
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
KMBİ xarici ölkələrin informasiya şəbəkələrinə hücumlar edən şəxsləri saxlayıb.
Bu barədə Milli.Az-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Daxili İşlər Nazirliyi Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin (KMBİ) əməkdaşları tərəfindən keçirilən növbəti əməliyyat-texniki tədbirlər nəticəsində müxtəlif xarici ölkələrin informasiya sistemlərinə kiberhücumlar təşkil etməkdə şübhəli bilinən 23 yaşlı Ramil Feyziyev və 22 yaşlı Elçin Abdullazadə saxlanılıblar:
"Araşdırmalarla müəyyən olunub ki, saxlanılan şəxslər xarici dövlətlərə məxsus çoxsaylı veb-saytların serverlərinə müdaxilələr edərək onların idarəetmə panellərinə icazəsiz giriş əldə ediblər. Daha sonra məxfi məlumatları ələ keçirən bu şəxslər internet resurslarının əsas səhifələrində dəyişikliklər edib, özlərinə məxsus proqram təminatı yerləşdirərək nəzarətə götürüblər. Bununla da onlar ələ keçirdikləri internet resurslarının idarəetmə panellərinin satışını təşkil ediblər.
Araşdırma zamanı müəyyən edilib ki, R.Feyziyev ümumilikdə 2300, E.Abdullazadə isə 179 xarici veb-sayta qanunsuz müdaxilə edərək həmin internet resurslarını ələ keçiriblər".
Qeyd olunub ki, faktla bağlı Baş İdarədə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, kiberpolis tərəfindən müxtəlif ölkələrin hüquq-mühafizə orqanları ilə qarşılıqlı əməkdaşlıq çərçivəsində əməliyyat-istintaq tədbirləri davam etdirilir.
"Bir daha vətəndaşların diqqətinə çatdırırıq ki, informasiya sistemlərinə qanunsuz müdaxilə etmək, onları ələ keçirmək və ya satışını həyata keçirmək cinayət əməlidir. Bu kimi qanunsuz hərəkətlərə yol verən şəxslər həm yerli, həm də beynəlxalq qanunvericiliyin tələblərinə uyğun olaraq hüquqi məsuliyyət daşıyırlar. Rəqəmsal mühitdə anonim qalacaqlarını düşünən şəxslər müasir istintaq və kiberkriminalistik imkanlar sayəsində müəyyən edilərək qanun qarşısında cavab verməyə məcbur olurlar. Unutmaq olmaz ki, yüksək texniki bilik və bacarıqlar yalnız qanuni məqsədlərə, cəmiyyətin, dövlətin və informasiya təhlükəsizliyinin qorunmasına xidmət etməlidir", - deyə məlumatda bildirilib.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
Anbardar iş adamını aldatdı: Milyonluq dələduzluq
-
Azərbaycanın İnterpola verdiyi şəxs bu ölkədə tutuldu
-
Mingəçevirdə 42 yaşlı kişi bıçaqlanaraq öldürülüb
-
Bakıda 31 yaşlı kişi bıçaqlandı
-
Bakıda supermarket müdirinin 100 minlik fırıldağı - Çipsilərə görə həbs edildi
-
Dəhşətli qətllə bağlı yeni detallar - (Video)
XƏBƏR LENTİ
-
Evli kişilərin tualetdə uzun müddət qalmağının səbəbi
-
Məşhur ulduzların səhnəyə çıxmazdan əvvəlki qəribə vərdişləri
-
Süni intellektə bu sualı verməyin - nəticəni oxuyan xəstəxanaya qaçır
-
Şabalıd soyarkən çətinliyə son: Küçə satıcılarının gizli fəndı
-
İran ABŞ ilə danışıqlar üçün 7 günlük plan təklif edib - Əraqçi
-
Koronavirus yenidən yayılmağa başlayıb - (Video)
-
Qurban Bayramov vəfat etdi
-
Günün qoroskopu: Keçmişdə verdiyiniz bəzi qərarlar bu gün öz təsirini göstərəcək
-
Bərdədə ağır qəzada həlak olan iki dostun fotosu
-
Sabah Şəkidə qaz olmayacaq
-
Bütün sərnişinlərin öldüyü qəzanın səsyazısı yayıldı - (Video)
-
“Amay” Ticarət Mərkəzinin damı təhlükə saçır - (Video)
-
Dövlət Baxçalıya ağır itki üz verdi
-
Təyyarə havaya qalxmazdan əvvəl alovlandı - (Video)
-
Rusiyanın Zaporojyeyə hücumu nəticəsində 18 nəfər həlak olub
-
Nəvainin həbsdən sonra ilk görüntüsü - (Foto)
-
55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi - (Video)
-
Bəzi ərazilərdə işıq olmayacaq - Yenilənib
-
Əli Məmmədova vəzifə verildi
-
"Qarabağ" ev oyunlarını bu stadionda keçirəcək
-
Azərbaycanda korrupsiyaya qarşı əməliyyat: Saxlanılan var
-
Holand Ronaldunu kölgədə qoydu
-
Çingiz Abdullayev: "Nailə xanımı 40 il əvvəl atam sevirdi, indi də mən sevirəm" - (Video)
-
Azərbaycançılıq milli gücün ideoloji əsaslarını təşkil edən dəyərlər sistemidir





