Şou-biznes

Məşhur ulduzların səhnəyə çıxmazdan əvvəlki qəribə vərdişləri

3 Noyabr 2026 03:03
Baxış: 365
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Dünya şöhrətli ulduzların səhnəyə çıxmazdan əvvəl etdkləti bəzi vərdişlər hər kəsi təəccübləndirir. Kimisi xüsusi içkilər hazırlayır, kimisi isə bir-birinə uyğun gəlməyən qidaları qarışdıraraq yeyir.

Milli.Az məşhurların səhnəyə çıxmazdan əvvəl üstünlük verdikləri qeyri-adi qidaları təqdim edir.

Məşhur müğənni Beyons mühüm çıxışlarından əvvəl xüsusi içki qəbul edir. O, ilıq suya limon, bal və bir çimdik acı bibər əlavə edərək içir.

Müğənni Ceyk Ouen isə səhnəyə hazırlaşmaq üçün duzlu yerfındığını kola ilə qarışdıraraq yeyir.

Selena Qomesin seçimi daha qəribədir. Müğənni popkornu acı sous, duz və xiyar turşusunun suyu ilə yeməyi sevir. Bundan əlavə, səhnəyə çıxmazdan əvvəl bir qaşıq zeytun yağı içir.

Britni Spirs isə şirniyyata olan sevgisini gizlətmir. O, səhnəyə çıxmazdan əvvəl tez-tez şokoladlı peçenye yeyir. (lent.az)

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.