Hadisə

Sumqayıtda yol çöküb (Video)

8 Avqust 2026 00:48
Baxış: 283
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Sumqayıtın Üzeyir Hacıbəyov küçəsində avtomobil yolu çöküb.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, çökmə genişlənərək yaşayış binasına doğru irəliləyir. Mövcud vəziyyət nəticəsində yaxınlıqdakı obyeklər hər an uça bilərlər.

İlkin məlumata görə, yolun alt hissəsindən keçən iri diametrli kanalizasiya kollektorunun partlaması nəticəsində asfalt örtüyü çöküb və çökmə hər gün daha da genişlənir. Hadisə yerində təhlükəsizlik məqsədilə mühafizə tədbirləri görülsə də, problem həll olunmayıb.

Məsələ ilə bağlı Sumqayıt Sukanal İdarəsindən "Xəzər Xəbər"ə bildirildi ki, hadisə yerinə baxış keçirilib və insanların təhlükəsizliyi nəzərə alınaraq ərazi tam mühafizəyə götürülüb. Qəzanın aradan qaldırılması istiqamətində tədbirlər görüləcək və problem qısa müddət ərzində həllini tapacaq.

Daha ətraflı videomaterialı təqdim edirik.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.