Ppartnyorunuzla bağınızı gücləndirəcək 4 təsirli vərdiş
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Münasibətinizdə tərəfdaşınızı düşündüyünüz zaman ağlınıza gələn ilk xatirələrə heç fikir vermisinizmi? Maraqlıdır ki, bunlar çox vaxt uzun-uzadı planlaşdırılmış və ya qüsursuz anlar olmur. Səhvən birlikdə itdiyiniz bir küçə, yağış başlayanda eyni ağacın altına sığındığınız bir neçə dəqiqə, sırf ürəyiniz istədiyi üçün gecə yarısı çıxdığınız dondurma gəzintisi və ya aylarla sonra belə gülərək danışdığınız kiçik bir xoşagəlməzlik...
Bəlkə də bunun səbəbi bir münasibəti unudulmaz edən şeyin qüsursuz anlar deyil, birlikdə yaşanarkən fərq edilməyən, lakin zamanla məna qazanan kiçik təcrübələr olması ilə bağlıdır.
Bəs tərəfdaşınızla münasibətinizin ortaq hekayəsinə yeni xatirələr əlavə edəcək vərdişlər hansılar ola bilər?
Münasibətinizin yaddaşını qidalandırın
Milli.Az xəbər verir ki, birlikdə uzun zaman keçirdiyimiz insanları tanıdığımızı düşünmək çox asandır. Halbuki heç kim eyni qalmır. Sevdiyi şeylər, qorxuları, hədəfləri və hətta özünə danışdığı hekayə belə zaman keçdikcə dəyişir.
Dərin bağlar isə tərəfdaşını əzbər bilənlər arasında deyil, onu yenidən tanımağa davam edən insanlar arasında qurulur. Bir-birinizi tanıdığınızı düşünmək əvəzinə, dəyişən tərəflərinizi maraqla gözləməyə davam etmək münasibətinizi qidalandıran ən vacib vərdişlərdən biridir.
Bir-birinizin tək qalmaq ehtiyacına da nəzərə alın
Birlikdə olmaq qədər, zaman-zaman özünüzlə qala bilmək də sağlam münasibətin vacib hissələrindən biridir. Çünki hər kəsin dincəlməyə, düşüncələrini cəmləməyə və ya yalnız öz maraq dairələrinə vaxt ayırmağa ehtiyacı ola bilər. Bu sahəni bir-birinizə tanıtdığınız zaman məsafə yaratmış deyil, əksinə, bir-birinizin fərdiliyinə hörmət göstərmiş olursunuz.
Maraqlısı odur ki, bəzən bir-birindən qısa müddətliyinə ayrı qala bilən cütlüklər yenidən bir araya gəldikdə bir-birlərinə danışacaq daha çox şey tapırlar.
Tərəfdaşınızın "mikro xoşbəxtliklərinin" fərqinə varın
İnsanlar çox vaxt böyük hadisələrlə deyil, günün içərisinə yayılan kiçik xoşbəxtliklərlə qidalanırlar. Tərəfdaşınızın ən sevdiyi mahnı səslənəndə gülümsəməsi, yeni bir yerə gedəndə ətrafı maraqla incələməsi və ya uzun zamandır gözlədiyi bir xəbər gələndə həyəcanını ilk sizinlə paylaşmaq istəməsi...
İlk baxışdan adi görünən bu anlar əslində onun dünyasını formalaşdıran kiçik detallardır. Siz də bu detallara diqqət yetirməyə başladıqca təkcə tərəfdaşınızı daha yaxından tanımır, həm də münasibətிnizə fərq edilməsi çətin, lakin güclü bir bağ əlavə edirsiniz.
Sadəcə eşqinizi deyil, yaxınlığınızı da qidalandırın
Bir münasibətin gücü yalnız sevgi ilə ölçülmür; zamanla qurulan yaxınlıq da ən az onun qədər vacib yer tutur. Çünki eşqin intensivliyi dövr-dövr dəyişə bilər, lakin yaxınlıq iki insanın bir-birinə etibarla dönə bildiyi o məkan olaraq qalmağa davam edə bilər.
Bəlkə də güclü münasibətlərin sirri qüsursuz olmağa çalışmaqda deyil, birlikdə yaşamağa davam etməkdə gizlidir. Yeni təcrübələrə yer açdığınız, kiçik ritualarınızı qoruduğunuz və bir-birinizi maraqla gözləməyi dayandırmadığınız müddətcə münasibətiniz də sizinlə birlikdə dəyişir, böyüyür və dərinləşir.
Sonda geriyə qalan isə yalnız xatirələr deyil; yalnız ikinizə aid ortaq bir dil, ortaq bir hekayə və evə qayıtma hissi bəxş edən bir bağ olur.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Çay saatlərində fərqlilik axtaranlara: Aebleskiver resepti
-
Ppartnyorunuzla bağınızı gücləndirəcək 4 təsirli vərdiş
-
Xarab olmuş kərə yağını anlamanın sadə yolları
-
17 yaşlı qızın nişanında mediaya hücum olundu - (Video)
-
Sumqayıtda yol çöküb (Video)
-
“Ərzurumspor” Nərimanı belə qarşıladı - (Video)
-
Girişi pullu edilən İlisu şəlaləsinə qalxan yol bərbad vəziyyətdədir - (Video)
-
Vaşinqtonda Azərbaycan və Ermənistanın sülh sazişini paraflamasından bir il ötür
-
Günün qoroskopu: Səbirli olmaq hər şeyi həll edəcək
-
Gəncədə qəza olub, üç nəfər xəsarət alıb
-
Diş əti xəstəliyi diabet riskini artıra bilər - ARAŞDIRMA
-
8 otağı, 6 hamamı var - Salah bu evdə yaşayacaq - (Fotolar)
-
Kanalda boğulub ölən Muradın (Fotosu)
-
ABŞ Senatından Rusiya və İrana qarşı sərt addım: Sanksiyalar təsdiqləndi
-
Ravil Tağıyev vəzifəsindən azad edildi
-
Əməliyyatdan 12 gün sonra ölən Adillə bağlı cinayət işi açıldı
-
Azərbaycanda pivə istehsalı azalıb
-
İsmayıllıda ağır qəza - 5 nəfər yaralanıb
-
"Qızımın pullarını başqa qadınlara xərcləyir" - Ülkü Hilalın anası
-
Emil Əliyev Rusiyada yüksək vəzifəyə seçildi
-
Laçında yanğın olub - (Foto/Video)
-
Birgə Müdafiə Sazişi heç bir ölkəyə qarşı yönəlməyib - Ərdoğan
-
Vəkil İlqar Həmidov həbs edildi
-
Türkiyə gəmisi Novorossiysk yaxınlığında PUA hücumuna məruz qalıb





