Girişi pullu edilən İlisu şəlaləsinə qalxan yol bərbad vəziyyətdədir - (Video)
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Qaxın İlisu kəndindəki Ramramay şəlaləsinə giriş pullu olub. Bunun qarşılığında şəlaləyə qalxan yolun vəziyyəti isə narazılıq yaradır.
Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, hazırda milli parklara giriş hər bir ziyarətçi üçün 2 manatdır.
Avtonəqliyyat vasitələrinin dayanacaqla təmin edilməsinə görə isə bir saat üçün 50 qəpik, gündəlik 5 manat ödəniş müəyyənləşdirilib. İmtiyazlı şəxslər və məktəb şagirdləri üçün isə giriş pulsuzdur. Ancaq Ramramay şəlaləsinə gedən turistləri və sürücüləri giriş haqqı ilə yanaşı, yolun vəziyyəti də narahat edir.
Şəlaləyə aparan yolun böyük hissəsi yararsız vəziyyətdədir. Yolun bəzi hissələrində adi minik avtomobili ilə hərəkət etmək mümkün deyil. Bu səbəbdən turistlər xüsusi avtomobillərdən istifadə etməli olurlar.
Maraqlidir, bəs 14 min hektarlıq ərazini əhatə edən İlisu Milli Parkında neçə girişə belə şlaqbaum qoyulub? Niyə məhz Ramramay şəlaləsinə gedən hissədə giriş məhdudlaşdırılıb?
Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildirilib ki, əraziyə giriş milli parklar üçün müəyyən edilmiş qaydalara uyğun olaraq bilet sistemi vasitəsilə tənzimlənir. Milli Park ərazilərində tətbiq olunan ödənişlər xüsusi mühafizə olunan təbiət ərazilərinin qorunmasına biomüxtəlifliyin mühafizəsinə, ekoturizm infrastrukturunun inkişafına və turist marşrutlarının saxlanmasına yönəldilir. İlisu Milli Parkı yeni yaradılıb. Hazırda burada fəaliyyətin səmərəli təşkili, infrastrukturun daha əlverişli vəziyyətə gətirilməsi istiqamətində işlər aparılır və gələcəkdə də bu istiqamətdə ardıcıl zərurli adımlar atılacaq.
Daha ətraflı videomaterialı təqdim edirik.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Xarab olmuş kərə yağını anlamanın sadə yolları
-
17 yaşlı qızın nişanında mediaya hücum olundu - (Video)
-
Sumqayıtda yol çöküb (Video)
-
“Ərzurumspor” Nərimanı belə qarşıladı - (Video)
-
Girişi pullu edilən İlisu şəlaləsinə qalxan yol bərbad vəziyyətdədir - (Video)
-
Vaşinqtonda Azərbaycan və Ermənistanın sülh sazişini paraflamasından bir il ötür
-
Günün qoroskopu: Səbirli olmaq hər şeyi həll edəcək
-
Gəncədə qəza olub, üç nəfər xəsarət alıb
-
Diş əti xəstəliyi diabet riskini artıra bilər - ARAŞDIRMA
-
8 otağı, 6 hamamı var - Salah bu evdə yaşayacaq - (Fotolar)
-
Kanalda boğulub ölən Muradın (Fotosu)
-
ABŞ Senatından Rusiya və İrana qarşı sərt addım: Sanksiyalar təsdiqləndi
-
Ravil Tağıyev vəzifəsindən azad edildi
-
Əməliyyatdan 12 gün sonra ölən Adillə bağlı cinayət işi açıldı
-
Azərbaycanda pivə istehsalı azalıb
-
İsmayıllıda ağır qəza - 5 nəfər yaralanıb
-
"Qızımın pullarını başqa qadınlara xərcləyir" - Ülkü Hilalın anası
-
Emil Əliyev Rusiyada yüksək vəzifəyə seçildi
-
Laçında yanğın olub - (Foto/Video)
-
Birgə Müdafiə Sazişi heç bir ölkəyə qarşı yönəlməyib - Ərdoğan
-
Vəkil İlqar Həmidov həbs edildi
-
Türkiyə gəmisi Novorossiysk yaxınlığında PUA hücumuna məruz qalıb
-
Röya illər sonra "Yaşıl Teatr" səhnəsində (Video)
-
Bakıdakı çəkiliş zamanı Ceki Çanın qolu zədələndi





