Dünya

Ukrayna məsələsi İtaliyada keçiriləcək seçkilərə təsir edə bilər

8 Avqust 2026 09:43
Baxış: 285
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Ukrayna məsələsi İtaliyada keçiriləcək növbəti parlament seçkilərinin nəticələrinə təsir göstərə biləcək əsas amillərdən birinə çevrilib.

"Politico" yazır ki, Kiyevə hərbi yardımın davam etdirilməsi məsələsi ölkənin həm sol, həm də sağ siyasi düşərgələrində fikir ayrılıqlarını dərinləşdirir.

Mübahisələrə İtaliyanın sabiq baş naziri, "5 Ulduz Hərəkatı"nın lideri Cüzeppe Kontenin açıqlamaları səbəb olub. Konte Ukraynaya silah tədarükünün davam etdirilməsinin zəruriliyini şübhə altına alıb.

Onun sözlərinə görə, partiyası əvvəlcə Ukraynaya hərbi yardımı dəstəkləyib, çünki Rusiya ilə müqayisədə ciddi hərbi balanssızlıq mövcud olub. Lakin Konte hesab edir ki, hazırda vəziyyət dəyişib.

"5 Ulduz Hərəkatı"nın bundan sonra da Ukraynaya yeni hərbi yardım paketləri ilə bağlı səsvermələrdə bitərəf qalmağı və münaqişənin danışıqlar yolu ilə həllini dəstəkləməyi planlaşdırdığı bildirilir.

Konte hesab edir ki, əsas məqsəd Ukrayna Prezidenti Vladimir Zelenski və Rusiya Prezidenti Vladimir Putin arasında danışıqların keçirilməsi və müharibənin dayandırılmasına dair razılaşmanın əldə olunması olmalıdır. O, həmçinin müdafiə xərclərinin artırılmasına qarşı çıxır.

Bu yanaşma sol-mərkəzçi düşərgədə narazılıq yaradıb. Demokrat Partiyasının lideri Elli Şlayn Ukrayna ilə bağlı siyasətin praymeriz yolu ilə müəyyənləşdirilməsi təklifini rədd edib.

"Əvvəlcə bütün alyansın razılaşdırdığı ümumi proqram olmalıdır, yalnız bundan sonra praymeriz keçirilməlidir. Çünki praymerizdə qalib gələn şəxs yalnız öz partiyasına deyil, bütün koalisiyaya rəhbərlik etməlidir", - Şlayn bildirib.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.