Azərbaycan və Ermənistan arasında sülh iqtisadi əməkdaşlığa yol açıb - Marko Rubio
ABŞ Azərbaycan və Ermənistan arasında Vaşinqton sammitindən keçən bir il ərzində əldə edilən irəliləyişi qeyd edərək, Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu (TRIPP) irəlilədiyini vurğulayıb.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubionun 8 avqust 2026-cı ildə Vaşinqton sammitinin birinci ildönümü münasibətilə dərc etdiyi bəyanatda bildirilib.
"Bir il əvvəl bu gün Prezident Tramp Azərbaycan Prezidenti İlham Əliyevi və Ermənistanın Baş naziri Nikol Paşinyanı Ağ Evə dəvət etməklə və onların tarixi Birgə Bəyannamənin imzalanmasına şahid olmaqla Ermənistan və Azərbaycan arasında sülhü təmin edib", - deyə Marko Rubio bildirib.
Onun sözlərinə görə, bəyannamə Cənubi Qafqazda onilliklərdir davam edən münaqişəyə son qoyub və TRIPP layihəsinə start verib.
M. Rubio qeyd edib ki, son 12 ay ərzində ABŞ əldə edilən razılaşmaları praktik nəticələrə çevirmək üçün Ermənistan və Azərbaycanla birgə çalışıb.
"TRIPP - dəmir yolu, avtomobil, enerji və rəqəmsal infrastrukturu modernləşdirəcək multimodal nəqliyyat marşrutu - həyata keçirilməyə yaxınlaşır. Ermənistanda artıq dəmir yolu ilə bağlı mühəndis-axtarış işlərinə başlanılıb, Azərbaycan isə Ermənistanla birləşəcək avtomobil və dəmir yollarının tikintisini başa çatdırmağa yaxındır", - deyə bəyanatda qeyd edilib.
ABŞ dövlət katibi həmçinin vurğulayıb ki, sülhün bərqərar olması ABŞ, Ermənistan və Azərbaycan arasında əlaqələrin genişləndirilməsi üçün şərait yaradıb və bu, hər üç ölkənin iqtisadi inkişafına töhfə verəcək.
Rubio Transxəzər Ticarət Marşrutu (Orta Dəhliz) boyunca, Cənubi Qafqaz və Mərkəzi Asiyada özəl sektorun investisiyalarını dəstəkləyəcək Transxəzər Sahibkarlıq Fondunun yaradıldığını açıqlayıb.
Onun sözlərinə görə, fond artıq fəaliyyətə başlayıb, direktorlar şurası seçilib və ABŞ tərəfindən dövlət maliyyələşməsinin həcmi 201 milyon dollar təşkil edir.
"Bu irəliləyiş sadə bir həqiqəti əks etdirir: sülh və rifah bir-birini gücləndirir. TRIPP infrastruktur layihəsindən daha böyük əhəmiyyət daşıyır. Bu, Transxəzər Ticarət Marşrutunun mühüm həlqəsi, ABŞ və digər ölkələr üçün kommersiya imkanlarının hərəkətverici qüvvəsi və uzunmüddətli mübahisələrin həllindən sonra iqtisadi əməkdaşlığın sülhü necə möhkəmləndirə biləcəyini göstərən bir modeldir", - Rubio qeyd edib.
O, ABŞ-ın əldə olunmuş razılaşmaları daha da möhkəmləndirmək məqsədilə Ermənistan və Azərbaycanla əməkdaşlığa sadiq qaldığını bildirib.
"Biz hər iki ölkəni ötən il nümayiş etdirdikləri cəsarət və uzaqgörənliyə görə təbrik edir, Cənubi Qafqazda möhkəm və uzunmüddətli sülhə doğru yolda gələcək irəliləyişləri səbirsizliklə gözləyirik", - Rubio bildirib.
Xatırladaq ki, 2025-ci il avqustun 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan Azərbaycan Respublikasının Prezidenti və Ermənistan Respublikasının Baş nazirinin Vaşinqtonda görüşünə dair Birgə Bəyannamə imzalayıblar.
Həmin gün Vaşinqtonda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanla görüşü çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan "Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsinə dair Saziş" layihəsini paraflayıblar. Onlar Azərbaycan Respublikası və Ermənistan Respublikası xarici işlər nazirlərinin ATƏT-in fəaliyyətdə olan sədrinə birgə müraciətini (ATƏT-in Minsk Prosesinin, ATƏT-in fəaliyyətdə olan sədrinin Minsk konfransının müzakirəsində olan münaqişə üzrə şəxsi nümayəndəsi və Yüksək Səviyyəli Planlaşdırma Qrupunun bağlanması barədə) imzalayıblar.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
Cənubi Qafqaz ölkələrinin gələcəyi parlaqdır - Stiv Uitkoff
-
Prezident İlham Əliyevlə Donald Tramp arasında telefon danışığı olub
-
Azərbaycan və Ermənistan arasında sülh iqtisadi əməkdaşlığa yol açıb - Marko Rubio
-
Nikol Paşinyan Prezident İlham Əliyevə zəng edib
-
Vaşinqton Zirvə Görüşü Cənubi Qafqazda qarşıdurma modelinin dəyişməsinin mühüm mərhələsi kimi qiymətləndirilir - Şərh
-
Vaşinqton sammiti Azərbaycanın sülh gündəliyinin mühüm nəticəsidir - Sahil Kərimli
XƏBƏR LENTİ
-
Cənubi Qafqaz ölkələrinin gələcəyi parlaqdır - Stiv Uitkoff
-
“Həyatımda nə qədər ilanlar, əqrəblər olub“ - Aygün Kazımova (Video)
-
Şəhid pilot Xəyyam Əliyevin məzarı dağıdıldı (Video)
-
Prezident İlham Əliyevlə Donald Tramp arasında telefon danışığı olub
-
"David Seliverstov" kimi tanınan dələduzun məşhur qohumluğu üzə çıxdı
-
“Baku Bus” Gəncədə qəzaya düşdü (Foto)
-
Azərbaycan və Ermənistan arasında sülh iqtisadi əməkdaşlığa yol açıb - Marko Rubio
-
Trampla Paşinyan arasında telefon danışığı olub
-
Koxalski "Qarabağ"ı Polşa klubuna dəyişir
-
Ən çox turist bu rayona gedib
-
Gürcüstanda dövlət bayraqları yarıya endirildi
-
Kolumbiya ABŞ-nin “Amerika Qalxanı” alyansına qoşulur
-
İrandan Füzuliyə PUA ilə göndərilən narkotiki satmaq istəyənlər tutuldular
-
16 yaşlı qız evində ölü tapıldı
-
Yandırılaraq öldürülən ər-arvadın fotosu
-
İran Hörmüz boğazında yeni keçid marşrutu hazırlayır
-
Cinayətdə şübhəli bilinən 52 nəfər saxlanıldı
-
Türkiyə bu gəmilərin Qara dənizə keçidini məhdudlaşdırır
-
Messinin atası öldü
-
Bu içkilər gələcəkdə yüksək təzyiqə səbəb ola bilər - Araşdırma
-
Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edib
-
“Qarabağ” onun üçün milyonluq təklifləri rədd etdi
-
Rusiyaya PUA hücumları edildi
-
Taksidən pul və bank kartları oğurlayan şəxs saxlanıldı





