Hadisə

Taksidən pul və bank kartları oğurlayan şəxs saxlanıldı

8 Avqust 2026 14:22
Baxış: 280
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Nizami rayonu ərazisində taksidən pul və bank kartları oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb.

Bu barədə Milli.Az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki,polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 37 yaşlı Ə.Tağıyev müəyyən olunaraq saxlanılıb.

Araşdırmalarla müəyyən edilib ki, saxlanılan şəxs müştəri qismində əyləşdiyi taksidə sürücünün avtomobildən enməsindən istifadə edərək salondan 770 manat pul vəsaiti, mobil telefon və bank kartlarını oğurlayıb.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.