Dünya

330 metrlik asteroid Yerə yaxınlaşacaq - Toqquşma təhlükəsi yoxdur

8 Avqust 2026 14:10
Baxış: 229
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Avqustun 10-da, Bakı vaxtı ilə səhər saat 04:20-də "2019 NY2" asteroidi Yerin yaxınlığından keçəcək. 

Milli.Az xəbər verir ki, asteroid potensial təhlükəli obyekt kimi təsnif edilsə də, mütəxəssislər onun Yer üçün real toqquşma riski yaratmadığını açıqlayıblar. "2019 NY2" planetimizdən təxminən 2,5 milyon kilometr məsafədən keçəcək ki, bu da Ayla Yer arasındakı məsafədən 6,5 dəfə çoxdur.

Bununla belə, bu, asteroidin son 150 ildə Yerə ən yaxın keçidi olacaq. "2019 NY2" Apollon qrupuna daxildir və Günəş ətrafında təxminən 2,3 illik orbitə malikdir.

Asteroidin NASA antenaları ilə radiolokasiya müşahidəsinin aparılması planlaşdırılsa da, texniki səbəblərdən bu müşahidələr ləğv edilib.

Müəllif: Aysel Əkbər (Milli.Az müxbir)

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.