Dünya çempionatında Messini partlatmaq, Ronaldonu qaçırmaq istəyiblər
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
ABŞ polisi və Federal Təhqiqat Bürosu (FTB) 2026-cı il Dünya Çempionatı zamanı qarşılaşdıqları təhdidlərin təfərrüatlarını açıqlayıb.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, daxil olan hədə-qorxuların sayına görə "rekordçu" Argentina millisinin hücumçusu Lionel Messi olub.
Qrup mərhələsinin Argentina - İordaniya (3:1) oyunundan əvvəl bir nəfər Dallas hava limanına zəng edərək, xüsusilə Messini öldürmək məqsədilə iki nəfərlə birgə özühazırlanmış bomba və tüfənglərlə stadiona hücum edəcəyini bildirib.
Messiyə qarşı oxşar təhdidlər 1/8 finalın Misirə qarşı matçından (3:2) əvvəl də təkrarlanıb. Bir nəfər sosial şəbəkədə Atlantadakı stadiona daxil olaraq üzərindəki 4 bomba ilə Messini partladacağını yazıb. Bundan başqa, stadionun zibil qutularında 3 bombanın gizlədilməsi barədə xəbərdarlıq edilsə də, xüsusi təlim keçmiş itlərlə aparılan axtarışlar həyəcanın yalan olduğunu ortaya çıxarıb.
Təhdidlər Portuqaliya yığmasının ulduzu Kriştianu Ronaldodan da yan keçməyib. Komandanın qaldığı mehmanxanada şübhəli şəxs görünərək Ronaldonun yeri haqqında təfərrüatlı məlumat tələb edib. FTB bu barədə FIFA-ya xəbərdarlıq edib və iki gün sonra həmin şəxs Hyustonda, elə həmin hoteldə həbs olunub. Onun portuqaliyalı ulduzu qaçırmaq istədiyi qeyd olunub. Analoji hadisə Torontoda da baş verib - başqa bir şəxs portuqaliyalı futbolçunun olduğu liftə daxil olmağa cəhd edib.
Turnirdə hakimlər də ciddi təhlükəsizlik problemləri ilə üzləşiblər. Argentina - Misir matçının baş hakimi Fransua Leteksye mesencerlərdə 6000-dən çox təhdid mesajı alıb. Analoji vəziyyətlə həmin oyunun VAR hakimi Villi Delajo da qarşılaşıb. Yaranmış vəziyyətlə əlaqədar Fransada onların evlərinin və ailələrinin mühafizəsi gücləndirilib.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Günün qoroskopu: Özünüzə daha çox vaxt ayırmağı unutmayın
-
İspaniyanın Baş nazirin fotodakı qəribə detalı sosial şəbəkədə viral oldu (Foto)
-
Zəngəzur dəhlizi Azərbaycana ildə 3 milyard dollar qazandıracaq - Vüqar Bayramov
-
Misir Mərdanovun DNT nəticələri açıqlandı (Foto)
-
Röya Ayxanın 2 günlük konserti böyük coşqu ilə yadda qaldı - (Video)
-
Gavalının üzərindəki ağ ləkənin səbəbi bəlli oldu
-
Dünya çempionatında Messini partlatmaq, Ronaldonu qaçırmaq istəyiblər
-
Daş kimi bayat çörəyi 2 saniyədə təzə edən üsul
-
PSJ “Barselona”nın ulduzunu transfer edib
-
Sarayda zəncirvari qəza olub (Foto/Video)
-
Goranboyda evdən 18 yaşlı qızın meyiti tapılıb
-
Günayın ailəsi ilə istirahəti - (Video)
-
Xocavənddə buldozer minaya düşüb
-
Prezident İlham Əliyev Donald Trampa məktub ünvanlayıb
-
“Əbədi dünyada Allaha ilk şikayətim səndən olacaq“ - Naibə Allahverdiyeva
-
“Real Madrid” Messiyə başsağlığı verib
-
Cənubi Qafqaz ölkələrinin gələcəyi parlaqdır - Stiv Uitkoff
-
“Həyatımda nə qədər ilanlar, əqrəblər olub“ - Aygün Kazımova (Video)
-
Şəhid pilot Xəyyam Əliyevin məzarı dağıdıldı (Video)
-
Prezident İlham Əliyevlə Donald Tramp arasında telefon danışığı olub
-
"David Seliverstov" kimi tanınan dələduzun məşhur qohumluğu üzə çıxdı
-
“Baku Bus” Gəncədə qəzaya düşdü (Foto)
-
Azərbaycan və Ermənistan arasında sülh iqtisadi əməkdaşlığa yol açıb - Marko Rubio
-
Trampla Paşinyan arasında telefon danışığı olub





