Uşağı məktəbə nə vaxt göndərmək olmaz?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Uşaqların immun sistemini dəstəkləmək üçün gündəlik qidalanmada zülalla zəngin məhsullara üstünlük vermək lazımdır. Bunlara yumurta, balıq, hinduşka əti, yağsız ət və paxlalılar daxildir".
Milli.Az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilən canlı yayım zamanı nazirliyin K.Y. Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun pediatrı Günay Salehova açıqlayıb.
Onun sözlərinə görə, sinklə zəngin qidalar olaraq balıq, noxud, qarabaşaq, mərcimək, qoz və fındıq tövsiyə olunur:
"Vitamin C ilə zəngin portağal, kivi, pomidor, bibər və digər meyvə-tərəvəzlərin uşaqların qida rasionunda üstünlük təşkil etməsi tövsiyə olunur. Bağırsaq mikroflorasını dəstəkləmək üçün kefir, qatıq və digər fermentləşdirilmiş süd məhsullarından istifadə etmək faydalıdır. Omeqa-3 yağ turşuları ilə zəngin balıq növlərinə somon, skumbriya və siyənək aiddir. Bu məhsullar uşağın sağlam inkişafı üçün faydalı qida mənbələridir. Bundan əlavə, uşağın gün ərzində kifayət qədər su, meyvə-tərəvəz və digər faydalı qidaların balanslı şəkildə rasiona daxil edilməsi vacibdir".
G. Salehova bildirib ki, immuniteti dəstəkləməyin ən əsas yolu balanslaşdırılmış və sağlam qidalanmadır:
"Meyvə, tərəvəz, zülal və sağlam yağlar da daxil olmaqla vitamin və minerallarla zəngin qidalar, təmiz havada fiziki aktivlik immun sisteminin dəstəklənməsində mühüm rol oynayır. Bundan əlavə, müntəzəm yuxu uşaqların orqanizminə istirahət verir və immun sistemini dəstəkləyir. Stresin idarə edilməsi, sevgi dolu mühit və təmiz yaşayış sahəsi də immun sisteminin sağlam fəaliyyətinə kömək edir".
Pediatr qeyd edib ki, xəstə uşağın məktəbə və ya bağçaya qayıtması isə xəstəliyin növündən və uşağın ümumi vəziyyətindən asılıdır:
"Uşağın hərarəti varsa, ümumi vəziyyəti yaxşı deyilsə, ciddi halsızlıq, nəfəsalma çətinliyi, güclü öskürək, qusma və ya ishal kimi əlamətləri davam edirsə, onu məktəbə və ya bağçaya göndərmək düzgün deyil. Uşaq ən azı 24 saat ərzində hərarətsiz olduqda, hərarətsalıcı dərman qəbul etmədən özünü yaxşı hiss etdikdə və gündəlik fəaliyyətlərdə iştirak edə bildikdə kollektivə qayıda bilər. Bəzi infeksion xəstəliklər zamanı isə məktəbə və ya bağçaya qayıtmaq üçün daha uzun müddət tələb oluna bilər. Bu halda həkimin tövsiyəsi nəzərə alınmalıdır".
Müəllif: Mina Mikayılova (Milli.Az müxbir)
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Narkokuryerlərə qarşı əməliyyat: 31 kiloqramdan çox narkotik götürüldü - (Video)
-
"AzerGold"un Müşahidə Şurasının tərkibi yenilənib
-
"Hərbiləşdirilmiş Mühafizə İdarəsi" AZCON-un idarəetməsinə verilib
-
Bu məhsulların gömrük rüsumu artırıldı
-
3 gün morqda qaldıqdan sonra tabutda ayılan qazimiz - (Video)
-
Martin Ryan cəzaçəkmə müəssisəsindən azadlığa buraxıldı - (Yenilənib)
-
Bakıda Gəncə Dövlət Filarmoniyasının konserti keçirilib - (Foto)
-
Əli Əsədovdan mühüm qərar
-
Rusiyada taksi sürücüsü sərnişinə 3 dəfə atəş açdı
-
David Alaba İtaliya klubuna transfer olundu
-
Si Szinpin ABŞ-a yola düşdü
-
Qışda uşaqları xəstə edən soyuq deyilmiş
-
“Sənət inciləri” layihəsi üzrə ADA Universitetində mühazirə-konsert keçirilib - (Foto)
-
Uşağı məktəbə nə vaxt göndərmək olmaz?
-
Sərxan Kərəmoğlu: “Azərbaycanda özümdən artıq müğənni bilmirəm, hamısından üstünəm”
-
Əfv sərəncamının icrasına başlanılıb - (Yenilənib)
-
Haalanddan türk mahnısı ilə sürpriz
-
MİDA-nın 13 qeyri-yaşayış obyekti hərraca çıxarılır
-
Rusiya Zelenskinin təhlükəsizliyini təmin etməyə hazırdır
-
Əməkdar artist: “Həkimlər çəkici elə vurublar ki, sümüyüm sınıb”
-
Verstappen Bakıda mövsümün ilk qələbəsini qazanmağa çalışacaq
-
Azərbaycanda hava kəskin dəyişir - Xəbərdarlıq edildi
-
Türkiyənin 36 vilayətində əməliyyat: 826 şübhəli saxlanıldı
-
Murat Boz “Allah belanı versin" deyib, mikrafona tüpürdü - (Video)





