Dünya

Si Szinpin ABŞ-a yola düşdü

23 Sentyabr 2026 15:24
Baxış: 298
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Çin Prezidenti Si Szinpin ABŞ Prezidenti Donald Trampın dəvəti ilə dövlət səfəri çərçivəsində ABŞ-a yola düşüb.

Milli.Az xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.

Məlumata görə, Si Szinpin ABŞ-a xüsusi reyslə uçub. Onu səfərdə həyat yoldaşı Pen Liyuan, Çinin xarici işlər naziri Van Yi, Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun Daimi Komitəsinin üzvü Tsay Tsi və digər rəsmi şəxslər müşayiət edir.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.