Verstappen Bakıda mövsümün ilk qələbəsini qazanmağa çalışacaq
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Red Bull"un dördqat dünya çempionu Max Verstappen bu həftəsonu keçiriləcək Azərbaycan Qran-Prisində mövsümün ilk qələbəsini qazanmağa çalışacaq.
Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, niderlandlı pilot ötən həftə "Silverstone"da keçirilən "Max vs. 100" kartinq yarışında 100 iştirakçı arasında sonuncu yerdən başlayaraq birinci olub. Verstappen 14 dövrə ərzində bütün rəqiblərini geridə qoyub.
28 yaşlı pilot bu mövsüm artıq 6 dəfə podiuma yüksəlib. Onlardan 4-ü son 5 yarışda baş verib. Madrid Qran-Prisində ikinci olan Verstappen Bakıda qalib gələrək mövsümdəki qələbəsizliyinə son qoymaqla yanaşı, Azərbaycan Qran-Prisinin tarixində üç dəfə qalib gələn ilk pilot olmağa çalışacaq.
"Madrid bizim üçün yaxşı nəticə oldu. Komanda Bakıda bolidin imkanlarından maksimum istifadə etmək üçün müsbət dinamikanı davam etdirmək məqsədilə çox çalışıb. Son yarışlarda bolidlə bağlı yaxşı addımlar atmışıq və burada yaxşı xatirələrimiz var", - deyə Verstappen bildirib.
Bakı Şəhər Halqası təxminən 6 kilometr uzunluğundadır və yüksək sürətli düzlüklərlə yanaşı, dar və çətin döngələri ilə seçilir. Trasda keçirilən 9 yarışda 7 fərqli pilot qalib gəlib. Verstappen və onun keçmiş komanda yoldaşı Sergio Perez isə burada bir dəfədən çox qalib gələn yeganə pilotlardır.
"Mercedes"in çempionat lideri Kimi Antonelli isə Bakıya ardıcıl üçüncü qələbəsini qazanmaq məqsədilə gəlir. 20 yaşlı italiyalı pilot hazırda George Russell-i 81 xal qabaqlayır.
"McLaren"in son dünya çempionu Lando Norris də Madrid yarışında əldən çıxan qələbəni Bakıda kompensasiya etməyə çalışacaq. O, Madrid Qran-Prisində poul mövqeyindən start götürsə də, virtual təhlükəsizlik avtomobilinin vaxtlaması onun əleyhinə işləyib və nəticədə yarışı üçüncü pillədə başa vurub.
Qeyd edək ki, biləyindən aldığı zədədən sağalan Isack Hadjar da Bakıda yarışlara qayıdacaq. Yuki Tsunoda isə ehtiyat pilot roluna keçəcək.
Azərbaycan Qran-Prisi bu il şənbə günü keçiriləcək. Buna səbəb bazar günü ölkədə Anım Gününün qeyd olunmasıdır. Bakı Şəhər Halqasında ilk yarış 2016-cı ildə "Avropa Qran-Prisi" adı ilə keçirilib. 2020-ci ildə COVID-19 pandemiyası səbəbindən yarış baş tutmayıb və bu il Bakıdakı yarışın keçirilməsinin 10-cu ildönümü qeyd olunur.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
David Alaba İtaliya klubuna transfer olundu
-
Si Szinpin ABŞ-a yola düşdü
-
Qışda uşaqları xəstə edən soyuq deyilmiş
-
“Sənət inciləri” layihəsi üzrə ADA Universitetində mühazirə-konsert keçirilib - (Foto)
-
Uşağı məktəbə nə vaxt göndərmək olmaz?
-
Sərxan Kərəmoğlu: “Azərbaycanda özümdən artıq müğənni bilmirəm, hamısından üstünəm”
-
Əfv sərəncamının icrasına başlanılıb - (Yenilənib)
-
Haalanddan türk mahnısı ilə sürpriz
-
MİDA-nın 13 qeyri-yaşayış obyekti hərraca çıxarılır
-
Rusiya Zelenskinin təhlükəsizliyini təmin etməyə hazırdır
-
Əməkdar artist: “Həkimlər çəkici elə vurublar ki, sümüyüm sınıb”
-
Verstappen Bakıda mövsümün ilk qələbəsini qazanmağa çalışacaq
-
Azərbaycanda hava kəskin dəyişir - Xəbərdarlıq edildi
-
Türkiyənin 36 vilayətində əməliyyat: 826 şübhəli saxlanıldı
-
Murat Boz “Allah belanı versin" deyib, mikrafona tüpürdü - (Video)
-
Zeynəb Xanlarova Türkiyədə əməliyyat olundu
-
AFFA-dan “İmişli”nin futbolçusuna 6 oyunluq cəza
-
Bir vəkil kollegiyadan çıxarıldı, ikisinə töhmət verildi
-
Azərbaycan onu Türkiyəyə təhvil verdi
-
25 yaşlı türk futbolçu vəfat etdi - (Foto)
-
“Səhər tezdən bunun şahidi oldum” - Zaur Baxşəliyevi kövrəldən an - (Video)
-
Bakı-Sumqayıt yolunda ağır qəza - Avtomobillər aşdı - (Video)
-
Bərdədə “Kalaşnikov” avtomatı və 29 patron aşkarlandı
-
Hədəflər müəyyənləşib, Azərbaycanın yeni sənaye mərhələsi başlayır - Sevil Mikayılova





