Hadisə

Narkokuryerlərə qarşı əməliyyat: 31 kiloqramdan çox narkotik götürüldü - (Video)

23 Sentyabr 2026 16:22
Baxış: 202
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçiriblər.

Milli.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Əməliyyat zamanı narkokuryerlikdə şübhəli bilinən P.Mustafayev və Ə.İsmayılov saxlanılıblar.

Onlardan ümumilikdə 31 kiloqramdan artıq narkotik vasitə aşkar edilərək götürülüb.

Araşdırma zamanı müəyyən edilib ki, saxlanılan şəxslər narkotik vasitələri müxtəlif ünvanlara çatdıraraq paytaxt ərazisində qanunsuz dövriyyəsini təşkil etməyi planlaşdırıblar.

Faktla bağlı cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.