Martin Ryan əfv edilib
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Fransaya casusluqda ittiham olunan Martin Ryan əfv edilib.
Milli.Az xəbər verir ki, bu, məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamında qeyd olunub.
Sərəncama əsasən, 1988-ci ildə anadan olmuş, Fransa Respublikasının vətəndaşı, Bakı Ağır Cinayətlər Məhkəməsinin 2026-cı il 16 mart tarixli hökmü ilə məhkum edilən Ryan Martin Riçard əfv edilib.
Qeyd edək ki, Fransa Respublikasının vətəndaşı Ryan Martin Riçard Bakı Ağır Cinayətlər Məhkəməsinin 2026-cı il 16 mart tarixli hökmü ilə 10 il azadlıqdan məhrum edilib.
İttiham aktına görə, Martin Ryanın Azərbaycan Respublikasında istehsal edilən silah-sursatlar, 2020-ci il 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun komplektləşdirilməsi, Azərbaycan Silahlı Qüvvələrində hərbi xidmətdə olan və ya ehtiyata buraxılmış əlaqəyə cəlb edilməsi mümkün olan şəxslər, xaricdə fransız dilində təhsil almış şəxslər, Azərbaycanda fəaliyyət göstərən xarici ölkə vətəndaşları və hüquqi şəxslər, Fransa xüsusi xidmət orqanının tapşırığı ilə Azərbaycan üzərindən digər ölkələrə gizli pul köçürülməsinin təşkili imkanları, Böyük Britaniya, Əlcəzair, Türkiyə, Pakistan, İran, Çin, Somali, Mərkəzi Asiya dövlətləri və digər dövlətlərlə Azərbaycan arasında münasibət və əlaqələr, hərbi əməkdaşlıq planları, Azərbaycana idxal olunan silah-sursat barədə məlumatların əldə edilməsinə dair tapşırıqlar almasına və bu istiqamətlərdə fəaliyyətinə əsaslı şübhələr müəyyən edilib.
Qeyd edək ki, təqsirləndirilən şəxslər DTX tərəfindən 2023-cü il dekabrın 4-də həbs olunublar. "Merkorama" MMC-nin baş direktoru olan Martin Ryana qarşı casusluq ittihamı irəli sürülüb. İttihama görə, Martin Ryan onu məxfi əməkdaşlığa cəlb edən, sonradan Bakıdan "persona non-grata" elan edilərək qovulmuş Fransanın DGSE (Xarici Təhlükəsizlik Baş İdarəsi) əməkdaşları tərəfindən agent-casus kimi istifadə edilib. Həmin cinayət işi üzrə Martin Ryana AR Cinayət Məcəlləsinin 276-cı (casusluq) maddəsi, AR vətəndaşı Azad Məmmədliyə AR Cinayət Məcəlləsinin 274-cü maddəsi (dövlətə xəyanət) ilə ittiham irəli sürülüb./"Report"
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
Tacir Şahmalıoğlu əməliyyatdan sonra ilk dəfə paylaşım etdi - (Video)
-
Paytaxtda anım gününə həsr edilən ağacəkmə aksiyası keçirilib - (Foto)
-
“Avtovağzal” və “Xocəsən” stansiyalarında giriş niyə pulsuz edildi? - Açıqlandı
-
Alim Qasımov Üzeyir Mehdizadə ilə duetinə görə 1 milyon manat alıb? - Açıqlama
-
Ceyran Rəhimova illər sonra bu kanalda aparıcılıq edəcək
-
Azərbaycanda tanınmış idmançı tutuldu
XƏBƏR LENTİ
-
Pakistanda nazir silahlı şəxslər tərəfindən qaçırıldı
-
Tacir Şahmalıoğlu əməliyyatdan sonra ilk dəfə paylaşım etdi - (Video)
-
Paytaxtda anım gününə həsr edilən ağacəkmə aksiyası keçirilib - (Foto)
-
“Avtovağzal” və “Xocəsən” stansiyalarında giriş niyə pulsuz edildi? - Açıqlandı
-
Azərbaycan Qran-Prisi: İsak Hadjar yarışlara qayıdır
-
Alim Qasımov Üzeyir Mehdizadə ilə duetinə görə 1 milyon manat alıb? - Açıqlama
-
Ceyran Rəhimova illər sonra bu kanalda aparıcılıq edəcək
-
Azərbaycanda tanınmış idmançı tutuldu
-
Martin Ryan əfv edilib
-
İrem Derici: "Dünyanın ən yaxşı anası olaram"
-
Prezident İlham Əliyev əfv Sərəncamı imzalayıb
-
Prezident İlham Əliyev Estoniyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib - (Video/Foto)
-
Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının Kralını təbrik edib
-
Kremlin NATO planı açıqlandı: Böyük müharibəyə ehtiyac yoxdur
-
Şəhid oğlundan ABŞ-də böyük uğur - “Eynşteyn vizası” aldı - (Foto)
-
Mərkəzi Bank faiz qərarını açıqladı
-
Müşavirədən nələr yadda qaldı? - Ən vacib nüanslar
-
"Kurtlar vadisi"nin aktyorunun yeni serialı bəlli oldu - (Foto)
-
Formula-1 ilə bağlı DYP-dən sürücülərə xəbərdarlıq
-
Azərbaycanda dağ-mədən sənayesi üzrə geoloji məlumatlar rəqəmsallaşdırılacaq
-
Azərbaycanda qara metallurgiya üçün əlavə güzəştlər tətbiq ediləcək
-
Kolleclərdə boş qalan yerlərə qəbul elan edildi
-
Naxçıvanda qızıl və mis yataqları istismara cəlb ediləcək
-
Mbappe şam yeməyinə dəvət etmək istədiyi məşhurları açıqladı





