Azərbaycanda dağ-mədən sənayesi üzrə geoloji məlumatlar rəqəmsallaşdırılacaq
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycanda dağ-mədən (metal filizləri) sənayesi üzrə geoloji məlumatların rəqəmsallaşdırılması və vahid elektron informasiya ehtiyatında sistemləşdirilməsi nəzərdə tutulur.
Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi "Dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair 2027-2030-cu illər üçün Dövlət Proqramı"nda öz əksini tapıb.
Dövlət Proqramında nəzərdə tutulan tədbirlərdən biri dağ-mədən (metal filizləri) sənayesi üzrə geoloji məlumatların rəqəmsallaşdırılmasıdır. Sənəddə qeyd olunan tədbirin 2027-2028-ci illərdə həyata keçirilməsi planlaşdırılır.
Tədbirin icraçıları sırasında Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN), İqtisadiyyat Nazirliyi (İN), "AzerGold" QSC və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) göstərilib.
Dövlət Proqramına əsasən, ilkin mərhələdə Dövlət Geoloji İnformasiya Fondunda mövcud məlumatların inventarlaşdırılması həyata keçiriləcək. Daha sonra rəqəmsallaşdırılacaq məlumatların prioritetləşdirilməsi aparılacaq və bu proses üzrə texniki tələblər müəyyən ediləcək.
Növbəti mərhələdə prioritet geoloji məlumatların mərhələli şəkildə rəqəmsallaşdırılması, təsnifləşdirilməsi və vahid elektron geoloji informasiya ehtiyatında sistemləşdirilməsi nəzərdə tutulur.
Sənəddə qeyd olunur ki, nəticədə rəqəmsallaşdırılmış geoloji məlumatları əhatə edən vahid elektron geoloji informasiya ehtiyatı formalaşdırılacaq və istifadəyə veriləcək.
Bu tədbirin əsas məqsədlərindən biri geoloji məlumatların daha əlçatan və sistemli formada istifadəsini təmin etməkdir. Eyni zamanda, mövcud məlumatların elektronlaşdırılması dağ-mədən sektorunda geoloji informasiyanın idarə olunması, məlumatların axtarışı və istifadəsi imkanlarının təkmilləşdirilməsinə şərait yarada bilər.
Dövlət Proqramında nəzərdə tutulan bu tədbir çərçivəsində geoloji məlumatların rəqəmsal mühitə keçirilməsi ilə yanaşı, onların vahid informasiya sistemində strukturlaşdırılması da planlaşdırılır. Bu isə müxtəlif mənbələrdə olan geoloji məlumatların vahid elektron resursda toplanmasına imkan verəcək.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyev əfv Sərəncamı imzalayıb
-
Şəhid oğlundan ABŞ-də böyük uğur - “Eynşteyn vizası” aldı - (Foto)
-
Mərkəzi Bank faiz qərarını açıqladı
-
Formula-1 ilə bağlı DYP-dən sürücülərə xəbərdarlıq
-
Azərbaycanda dağ-mədən sənayesi üzrə geoloji məlumatlar rəqəmsallaşdırılacaq
-
Azərbaycanda qara metallurgiya üçün əlavə güzəştlər tətbiq ediləcək
XƏBƏR LENTİ
-
İrem Derici: "Dünyanın ən yaxşı anası olaram"
-
Prezident İlham Əliyev əfv Sərəncamı imzalayıb
-
Prezident İlham Əliyev Estoniyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib - (Foto)
-
Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının Kralını təbrik edib
-
Kremlin NATO planı açıqlandı: Böyük müharibəyə ehtiyac yoxdur
-
Şəhid oğlundan ABŞ-də böyük uğur - “Eynşteyn vizası” aldı - (Foto)
-
Mərkəzi Bank faiz qərarını açıqladı
-
Müşavirədən nələr yadda qaldı? - Ən vacib nüanslar
-
"Kurtlar vadisi"nin aktyorunun yeni serialı bəlli oldu - (Foto)
-
Formula-1 ilə bağlı DYP-dən sürücülərə xəbərdarlıq
-
Azərbaycanda dağ-mədən sənayesi üzrə geoloji məlumatlar rəqəmsallaşdırılacaq
-
Azərbaycanda qara metallurgiya üçün əlavə güzəştlər tətbiq ediləcək
-
Kolleclərdə boş qalan yerlərə qəbul elan edildi
-
Naxçıvanda qızıl və mis yataqları istismara cəlb ediləcək
-
Mbappe şam yeməyinə dəvət etmək istədiyi məşhurları açıqladı
-
Arvadını yemək hazırlamadığı üçün bıçaqlayan ər sərbəst buraxıldı
-
Azərbaycanda dağ-mədən və metallurgiya sənayesinin illik ixrac potensialı 2 milyard dollara çatdırılacaq
-
Xatun Özbəkistanda televiziyasında: Beynəlxalq mükafat aldı - (Video)
-
Söyüdlü qızıl yatağında yeni zavod qurulacaq
-
Azərbaycanda dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı təsdiq edilib
-
Azərbaycanda musiqiçi evində ölü tapıldı
-
Sərxan Kərəmoğlunun Rusiyaya girişinə "stop" qoyuldu
-
DYP-dən piyadalara xəbərdarlıq: Bu səhv ağır nəticə yarada bilər
-
"Borussiya"nın yeni baş məşqçisi bəlli oldu





