Arvadını yemək hazırlamadığı üçün bıçaqlayan ər sərbəst buraxıldı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Abşeron rayonunun Fatmayı kəndində arvadını bıçaqlayan kişiyə hökm oxunub.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, 1988-ci il təvəllüdlü Zamiq İsgəndərova (şərti ad) açılmış cinayət işi üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsində keçirilən proses başa çatıb.
38 yaşlı kişi Cinayət Məcəlləsinin 126.1-ci maddəsilə təqsirli bilinib.
Məlum olub ki, hadisə günü Z.İsgəndərov işlədiyi "Tos Oil" yanacaqdoldurma məntəqəsində gecə növbəsindən çıxaraq evə gəlib. O, evə daxil olduqda arvadının yataq otağında uzandığını və süfrə açmadığını görüb.
Z.İsgəndərov həyat yoldaşına niyə süfrə açmadığını dedikdə "get özün hazırla", - cavabını alıb. Nəticədə qanlı cinayət baş verib.
Məhkəmədə ifadə verən zərərçəkmiş şəxs ərini əsəbiləşdirdiyini etiraf edib və ona cəza təyin edilməməsini xahiş edib:
"Zamiqlə 2014-cü ildə ailə qurmuşuq, 2 övladımız var. 2 ildir Fatmayı kəndində ev alıb orada yaşayırıq. Hadisə günü əhvalım yaxşı olmadığı üçün evdə yataq otağında istirahət edirdim. Zamiq gecə növbəsindən səhər saat 09:30 radələrində evə gəlib. Uşaqlar həyətdə oynayırdı. Zamiq nə üçün səhər yeməyi hazırlamadığını soruşduqda əhvalımın yaxşı olmadığını dedim. Aramızda sözlü mübahisə yarandı və Zamiq məndən atam evinə, Gədəbəyə getməyimi istədi.
Əvvəllər də aramızda belə hallar olurdu. Atama zəng edərək "Gəlin qızınızı aparın", - dedi. Atam da onunla telefonda razılaşdı. Daha sonra övladım Fatmayı kəndində məktəbə getdiyinə görə atamgilə getməkdən imtina etdi. Sonra Zamiq mətbəxə keçib yemək yeməyə başladı. Uşaqlara bildirdim ki, ataları ilə bir süfrədə əyləşməsinlər. Çünki ona acıqlı idim. Uşaqlara bu sözü dedikdə, Zamiq əsəbiləşdi və Mehdiabada paltar almağa getməyimi görüb icazə vermədi. Dedi heç yana getməyəcəksən. Paltarı sabah gedib Gədəbəydə alarsan, mən isə höcətləşib gedəcəyimi bildirdim. Zamiq "getmə, getsən səni vuracam", - deyə bildirdi.
Ona dedim ki, "Qeyrətin çatırsa, vur, mən heç kimdən zərrə qədər də qorxmuram". Bu zaman Zamiq uşaqları həyətə oyun oynamağa göndərdi. Dediklərimi təkrar etdirdi, mətbəx mebelinin üzərində olan bıçağı götürüb qarın nahiyəmdən bir neçə dəfə vurdu. Zərbələrdən yerə yıxıldım. Zamiq bıçağı gizlətdi ki, birdən uşaqlar evə gələr, bıçağı görməsinlər.
Zamiq məni xəstəxanaya aparmaq üçün küçəyə çıxdı ki, maşın tapsın. Xəsarət alsam da, huşum yerində idi, yavaş-yavaş evin dəhlizinə çıxdım. 2-3 dəqiqəyə Zamiq evə gəldi və məni qucağında evdən çıxarıb avtomobilə mindirdi. Bu zaman uşaqlar gördü, onlar da maşına əyləşdi. Zamiq, uşaqlar və tanımadığım taksi sürücüsü ilə bir yerdə xəstəxanaya çatmaq üçün yola çıxdıq. Yolda, Mehdiabadda polislə rastlaşdıq. Həmin polisin köməyi ilə tıxaca düşmədən tez bir zamanda Sabunçu xəstəxanasına çatdıq".
Bildirilib ki, hadisədən sonra Zamiq İsgəndərov həbs edilib.
Məhkəmə tərəflərin barışmasını, övladlarını və digər halları nəzərə alaraq, Zamiq İsgəndərova şərti cəza verib. Bir neçə aydır həbsdə olan şəxs məhkəmə zalından sərbəst buraxılıb.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
Arvadını yemək hazırlamadığı üçün bıçaqlayan ər sərbəst buraxıldı
-
Azərbaycanda musiqiçi evində ölü tapıldı
-
Bakıda cərimələnən klinikanin rəhbəri danışdı - (Video)
-
Bakıda ildə 3-4 dəfə təmir olunan yol yenə çökdü - (Video)
-
Qazax Rayon Psixiatriya Xəstəxanasında yanğın - 44 xəstə təxliyə edildi - (Foto)
-
Xəzər rayonunda 40 kiloqram narkotik aşkarlandı
XƏBƏR LENTİ
-
Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının Kralını təbrik edib
-
Kremlin NATO planı açıqlandı: Böyük müharibəyə ehtiyac yoxdur
-
Şəhid oğlundan ABŞ-də böyük uğur - “Eynşteyn vizası” aldı - (Foto)
-
Mərkəzi Bank faiz qərarını açıqladı
-
Müşavirədən nələr yadda qaldı? - Ən vacib nüanslar
-
"Kurtlar vadisi"nin aktyorunun yeni serialı bəlli oldu - (Foto)
-
Formula-1 ilə bağlı DYP-dən sürücülərə xəbərdarlıq
-
Azərbaycanda dağ-mədən sənayesi üzrə geoloji məlumatlar rəqəmsallaşdırılacaq
-
Azərbaycanda qara metallurgiya üçün əlavə güzəştlər tətbiq ediləcək
-
Kolleclərdə boş qalan yerlərə qəbul elan edildi
-
Naxçıvanda qızıl və mis yataqları istismara cəlb ediləcək
-
Mbappe şam yeməyinə dəvət etmək istədiyi məşhurları açıqladı
-
Arvadını yemək hazırlamadığı üçün bıçaqlayan ər sərbəst buraxıldı
-
Azərbaycanda dağ-mədən və metallurgiya sənayesinin illik ixrac potensialı 2 milyard dollara çatdırılacaq
-
Xatun Özbəkistanda televiziyasında: Beynəlxalq mükafat aldı - (Video)
-
Söyüdlü qızıl yatağında yeni zavod qurulacaq
-
Azərbaycanda dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı təsdiq edilib
-
Azərbaycanda musiqiçi evində ölü tapıldı
-
Sərxan Kərəmoğlunun Rusiyaya girişinə "stop" qoyuldu
-
DYP-dən piyadalara xəbərdarlıq: Bu səhv ağır nəticə yarada bilər
-
"Borussiya"nın yeni baş məşqçisi bəlli oldu
-
“28 May”-“Nizami” arasında nə dəyişəcək? - Detallar açıqlandı
-
Elza fərqli tərzi ilə yenidən gündəmdə - (Video)
-
Ev şəraitində hazırlanan qidalara serfitikat tələb olunur?





