Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının Kralını təbrik edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səuda təbrik məktubu ünvanlayıb.
Sənədin mətni Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc edilib. Məktubda qeyd olunub.
"Əlahəzrət,
Əziz Qardaşım,
23 Sentyabr - Krallıq Elan Edilməsi Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik edir və ən xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram.
Ortaq mənəvi dəyərlər, dini-mədəni köklər, ənənəvi dostluq və qardaşlıq üzərində qurulmuş Azərbaycan-Səudiyyə Ərəbistanı dövlətlərarası əlaqələrinin və əməkdaşlığının yüksələn xətlə və dinamik inkişafı bizi sevindirir.
Biz qarşılıqlı etimad və dəstəyə əsaslanan münasibətlərimizin hərtərəfli inkişafına böyük əhəmiyyət veririk. Bu gün bir sıra sahələrdə əməkdaşlığımız ölkələrimizin maraqlarına və xalqlarımızın mənafelərinə xidmət edərək onları bir-birinə daha da yaxınlaşdırır. Əməkdaşlığımızın prioritet sahələrindən olan enerji, o cümlədən alternativ və bərpaolunan enerji sahəsində ölkənizin aparıcı şirkəti olan "ACWA Power" ilə tərəfdaşlığımız ildən-ilə genişlənir və yeni məzmun kəsb edir.
Beynəlxalq təşkilatlar, xüsusilə də İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində səmərəli əməkdaşlığımızı və qarşılıqlı dəstəyimizi ayrıca vurğulamaq istərdim. Əlbəttə ki, ali səviyyədə fəal siyasi dialoqun mövcudluğu bütün bunlar üçün əlverişli zəmin formalaşdırmışdır.
Əminəm ki, xalqlarımız arasında mövcud olan qardaşlıq münasibətləri və qarşılıqlı fəaliyyətimiz ölkələrimizin rifahı naminə birgə səylərimizlə gələcək illərdə daha da dərinləşəcək, tərəfdaşlığımız yeni nailiyyətlərlə zənginləşəcəkdir.
Bu bayram günündə Sizə möhkəm cansağlığı, uzun ömür, ali dövləti fəaliyyətinizdə uğurlar, Səudiyyə Ərəbistanının qardaş xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm".
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyev Estoniyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib - (Video/Foto)
-
Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının Kralını təbrik edib
-
Müşavirədən nələr yadda qaldı? - Ən vacib nüanslar
-
Ceyhun Bayramov Əraqçi ilə görüşdü
-
Polşa Orta Dəhlizdən qazanmaq istəyir, lakin "həm nala, həm də mıxa" vurmaq alınmayacaq
-
Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasının sədri ilə görüşüb - (Foto)
XƏBƏR LENTİ
-
Tacir Şahmalıoğlu əməliyyatdan sonra ilk dəfə paylaşım etdi - (Video)
-
Paytaxtda anım gününə həsr edilən ağacəkmə aksiyası keçirilib - (Foto)
-
“Avtovağzal” və “Xocəsən” stansiyalarında giriş niyə pulsuz edildi? - Açıqlandı
-
Azərbaycan Qran-Prisi: İsak Hadjar yarışlara qayıdır
-
Alim Qasımov Üzeyir Mehdizadə ilə duetinə görə 1 milyon manat alıb? - Açıqlama
-
Ceyran Rəhimova illər sonra bu kanalda aparıcılıq edəcək
-
Azərbaycanda tanınmış idmançı tutuldu
-
Martin Ryan əfv edilib
-
İrem Derici: "Dünyanın ən yaxşı anası olaram"
-
Prezident İlham Əliyev əfv Sərəncamı imzalayıb
-
Prezident İlham Əliyev Estoniyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib - (Video/Foto)
-
Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının Kralını təbrik edib
-
Kremlin NATO planı açıqlandı: Böyük müharibəyə ehtiyac yoxdur
-
Şəhid oğlundan ABŞ-də böyük uğur - “Eynşteyn vizası” aldı - (Foto)
-
Mərkəzi Bank faiz qərarını açıqladı
-
Müşavirədən nələr yadda qaldı? - Ən vacib nüanslar
-
"Kurtlar vadisi"nin aktyorunun yeni serialı bəlli oldu - (Foto)
-
Formula-1 ilə bağlı DYP-dən sürücülərə xəbərdarlıq
-
Azərbaycanda dağ-mədən sənayesi üzrə geoloji məlumatlar rəqəmsallaşdırılacaq
-
Azərbaycanda qara metallurgiya üçün əlavə güzəştlər tətbiq ediləcək
-
Kolleclərdə boş qalan yerlərə qəbul elan edildi
-
Naxçıvanda qızıl və mis yataqları istismara cəlb ediləcək
-
Mbappe şam yeməyinə dəvət etmək istədiyi məşhurları açıqladı
-
Arvadını yemək hazırlamadığı üçün bıçaqlayan ər sərbəst buraxıldı





