Polşa Orta Dəhlizdən qazanmaq istəyir, lakin "həm nala, həm də mıxa" vurmaq alınmayacaq
Milli.Az Day.Az-da dərc olunmuş məqaləni təqdim edir:
Polşa nəşrlərindən biri Qazaxıstanı və Azərbaycanı birləşdirən və Asiya ilə Avropa arasındakı Orta Dəhlizin bir hissəsinə çevrilən Xəzər dənizindən keçən yeni rəqəmsal marşrutdan bəhs edir. Söhbət məlumat ötürülməsini sürətləndirməli, rəqəmsal xidmətlərə yeni təkan verməli və Azərbaycanın Mərkəzi Asiya ilə Avropa bazarı arasında mühüm həlqə kimi əhəmiyyətini gücləndirməli olan miqyaslı infrastrukturdan gedir. Məqalənin müəllifi Pavel Yaskula bu imkanları ətraflı sadalayır və sonda belə bir sual verir: "Bəs polşalı şirkətlər üçün yer haradadır?"
Cavab sadədir: yer var. Lakin əvvəlcə Varşava iqtisadi əməkdaşlığın onun öz siyasətindən ayrı mövcud olduğunu düşünməkdən əl çəkməlidir.
Azərbaycan illərdir Orta Dəhlizi ardıcıl olaraq inkişaf etdirir, limanları, dəmir yollarını, enerji marşrutlarını və rəqəmsal infrastrukturu qurur. Məhz Bakı öz coğrafi mövqeyini real iqtisadi resursa çevirir və bu gün Avropa ölkələrinin strateji əhəmiyyətli adlandırdığı infrastrukturu yaradır. Polşa biznesi bu imkanlardan tamamilə yararlana bilər.
Lakin bir problem var - Polşanın özü.
Polşa rəsmi şəxsləri Azərbaycanı Avropa ilə Mərkəzi Asiya arasında yeni marşrutların inkişafı üçün mühüm tərəfdaş adlandırırlar. Və dərhal sonra dövlət telekanalı olan "TVP World" Azərbaycana qarşı qərəzli və qəbuledilməz hücum Xarakterli material yayımlayır. Bundan sonra XİN Polşa səfirini çağıraraq ona etiraz notası təqdim etməyə məcbur qalır.
Varşava istəyir ki, onun şirkətləri məhz Azərbaycanın sayəsində inkişaf edən layihələrdən qazanc əldə etsin, lakin eyni zamanda öz rəsmi strukturlarına və onlarla əlaqəli media resurslarına ölkəmizə qarşı açıq şəkildə təcavüzkar kampaniya aparmağa icazə verir.
Görünür, Varşavada hələ də sadə bir həqiqəti başa düşməyiblər: Bakı öz prioritetlərini özü müəyyənləşdirir, tərəfdaşlarını özü seçir və əməkdaşlığı kiminlə və hansı şərtlərlə inkişaf etdirəcəyinə özü qərar verir. Burada xarici təzyiq işləmir.
Polşa Brüsseldəki rəhbərlərinin göstərişi ilə Şərqin "baş nəzarətçisi" rolunu tutmağa çalışmaqla xüsusilə böyük səhvə yol verib. Beləliklə, hamıya bir daha xatırladırıq: region çoxdan dəyişib, onunla birlikdə Azərbaycanın beynəlxalq münasibətlər sistemindəki yeri də dəyişib.
Əgər Varşava həqiqətən də polşalı şirkətlərin Orta Dəhliz layihələrində iştirak etməsini istəyirsə, onda konkret addımların atılması ilə barışmalı olacaq: Azərbaycanın suverenliyinə hörmət edilməli, ikili standartlardan imtina olunmalı və iki dövlət arasında normal münasibətlər qurulmalıdır.
O zaman Polşa biznesi həqiqətən də bu marşrutun inkişafında öz yerini tutmaq imkanı qazanacaq. Hələlik isə Varşava bu yerin boş qalması üçün əlindən gələni edir.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
Polşa Orta Dəhlizdən qazanmaq istəyir, lakin "həm nala, həm də mıxa" vurmaq alınmayacaq
-
Azərbaycanla Ermənistan arasında davamlı sülhün bərqərar olmasını arzulayırıq - Ərdoğan
-
Tramp BMT Baş Assambleyasında Prezident İlham Əliyevdən sitat gətirib
-
Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasının Ümumi Debatının açılışında iştirak edib - (Foto)
-
Azərbaycan Gürcüstanın Tsxinvali bölgəsində keçirilmiş qondarma “prezident seçkiləri”ni tanımır - XİN
-
Azərbaycan Prezidenti: Dağ-mədən sənayesinin son məhsula qədər tam zənciri yaradılmalıdır - (Tam çıxış)
XƏBƏR LENTİ
-
Polşa Orta Dəhlizdən qazanmaq istəyir, lakin "həm nala, həm də mıxa" vurmaq alınmayacaq
-
Bakıda xəstəxana pasiyentlərin yeməyini kəsir? - (Video)
-
Tovuza dolu düşüb - (Video)
-
Aktyor Rəşad Səfərov xəstəxanaya yerləşdirildi
-
Elnarə Əliyeva vəfat etdi - (Foto)
-
İrandakı səfirliyimizdən ölkəyə qayıtmaq istəyənlərə - Bildiriş
-
Yasamal və Babəkdə işıq olmayacaq - Yenilənib
-
Zelenski və Tramp Nyu-Yorkda görüşüb
-
Bakı qlobal təhlükəsizlik gündəminin mərkəzində: 100-dən artıq ölkə bir araya gəldi
-
“Sabah”ın gənc azarkeşi vəfat etdi - (Foto)
-
Oğuz və Şəkidə tikilən su anbarı: Torpaq sahələri üçün 471 min manatdan çox ödəniş nəzərdə tutulur
-
İsmət Cəfərova yüksək vəzifə verildi
-
Qazax Rayon Psixiatriya Xəstəxanasında yanğın - 44 xəstə təxliyə edildi - (Foto)
-
Tacir Şahmalıoğlu xəstəxanadan evə buraxıldı
-
Tarixdə ilk: İnsanla robot arasında döyüş keçirildi - (Video)
-
Meymun tanınmış yazıçının həyat yoldaşını öldürdü - anbaan (Video)
-
Azərbaycanla Ermənistan arasında davamlı sülhün bərqərar olmasını arzulayırıq - Ərdoğan
-
Dambrauskas bölgələrimizə heyran qaldı - (Foto)
-
“Bizdəki təzyiqin heç yarısı onlarda yoxdur” - Ayxan Abbasov
-
“Kızılcık şerbeti”ndə yeni sima - (Foto)
-
İran aviaşirkətlərinin Azərbaycana uçuşları dayandırılıb - Yenilənib
-
Bakıdakı universitetlərdə dərslər distant olacaq
-
Xamenei xalqa müraciət etdi
-
Tramp BMT Baş Assambleyasında Prezident İlham Əliyevdən sitat gətirib





