Siyasət

Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasının sədri ilə görüşüb - (Foto)

22 Sentyabr 2026 23:44
Baxış: 87

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyanın sədri Xəlilur Rəhmanla görüşüb.

Milli.Az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin "X sosial media platformasında məlumat verilib.

Tərəflər BMT və digər çoxtərəfli forumlar çərçivəsində əməkdaşlıq barədə fikir mübadiləsi aparıb, qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələləri müzakirə ediblər.

Görüş zamanı Azərbaycanın BMT-də fəal iştirakı və qlobal problemlərin həllində çoxtərəfli əməkdaşlığın gücləndirilməsinə verdiyi töhfə qeyd edilib.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.