Siyasət

Ceyhunv Bayramov Əraqçi ilə görüşdü

23 Sentyabr 2026 00:46
Baxış: 139

Xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində iranlı həmkarı Seyid Abbas Əraqçi ilə görüşüb.

Milli.Az xəbər verir ki, bu barədə XİN-in "X" sosial şəbəkə hesabında məlumat yayılıb.

Bildirilib ki, görüş zamanı ikitərəfli və çoxtərəfli gündəm və regional inkişaflar nəzərdən keçirilib:

"Nazirlər davamlı yüksəksəviyyəli qarşılıqlı fəaliyyətin, qarşılıqlı hörmətin və mehriban qonşuluq münasibətlərinin vacibliyini vurğulayıblar.

Azərbaycan və İran prezidentlərinin 2026-cı ilin avqust ayında Bişkekdə keçirilən görüşü ikitərəfli əməkdaşlığımızın genişləndirilməsi istiqamətində daha bir mühüm addım kimi qeyd edilib.

Diplomatiya və dialoqun, sülhün və sabitliyin təşviq edilməsinin vacibliyi vurğulanaraq regional təhlükəsizlik məsələləri də müzakirə edilib".

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.