Cəmiyyət

Sentyabrın 21-dək bunu etməyənlər cərimələnəcək

18 Sentyabr 2026 16:32
Baxış: 243
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

21 sentyabr 2026-cı il avqust ayı üzrə bir sıra vergi bəyannamələrinin təqdim edilməsinin son günüdür.

Bu barədə Milli.Az- İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən məlumat verilib.

Son tarixədək aşağıdakı bəyannamələr təqdim edilməlidir:

uduşlardan və mükafatlardan əldə edilmiş gəlirdən ödəmə mənbəyində tutulan vergi;

əlavə dəyər vergisi;

aksizlər;

yol vergisi;

mədən vergisi;

daşınmaz əmlak üzrə sadələşdirilmiş vergi;

pul vəsaitlərinin nağd çıxarılması üzrə sadələşdirilmiş vergi.

Qeyd edilib ki, hesabat dövrü üzrə vergi tutulan və ya vergi tutulan əməliyyatlar aparan, vergi tutma obyekti olan ödəyicilər tərəfindən bəyannamənin müəyyən edilmiş müddətdə təqdim edilməməsinə görə 40 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.