Cəmiyyət

Sürücülərin diqqətinə: Bu yolda avtobus zolağının saatı artırıldı

18 Sentyabr 2026 16:10
Baxış: 199
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Avtobusların qrafikə uyğun gecikmədən hərəkət etməsi məqsədilə Ziya Bünyadov prospektinin Atatürk prospekti ilə kəsişməsindən Azadlıq prospekti ilə kəsişməsinədək olan hissəsində ("20 Yanvar" metrostansiyası istiqamətində) avtobus zolağının qüvvədə olma müddəti axşam saatlarında 1 saat artırılıb.

AYNA-dan Milli.Az-a verilən məlumata görə, qeyd olunanla bağlı həmin yol sahəsində avtobus zolağının qüvvədə olma vaxtını göstərən yol nişanında dəyişiklik edilib. Əvvəl xüsusi hərəkət zolağının qəvvədəolma müddəti axşam saatlarında 17:00-20:00 idisə, hazırda 17:00-21:00 aralığındadır.

Sürücülərə dəyişikliyi nəzərə alaraq diqqətli olmaları tövsiyə olunur.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.