Mədəniyyət

“Dayının yuxusu” povesti əsasında eyniadlı tamaşanın premyerası keçirilib - (Foto)

18 Sentyabr 2026 16:03
Baxış: 91
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

16, 17 sentyabr  Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında F.M.Dostoyevskinin "Dayının yuxusu" povesti  əsasında eyniadlı tamaşanın premyerası keçirilib. Tamaşanın quruluşçu rejissoru, səhnələşdirmə müəllifi və musiqi tərtibatçısı Mikayıl Mikayılov, quruluşçu rəssamı Mustafa Mustafayev, işıq üzrə rəssamı Rəfael Həsənov, rejissor assistenti Fəridə Zülfüqarlıdır.

 

Yeni səhnə əsərində əməkdar artistlər Sənubər İsgəndərova,  Ayşad Məmmədov, Elşən Rüstəmov, aktyorlar Cavidan Novruzov, Lalə Süleymanova, Nərminə Məhərrəmova, Nigar Güləhmədova, Rada Nəsibova, Xədicə Bayramlı, Güney Əkbərova iştirak edirlər. 

 

F.M.Dostoyevskinin 1859-cu ildə qələmə aldığı "Dayının yuxusu" povestində hadisələr kiçik əyalət şəhərində baş verir. Əsərin mərkəzində hiyləgər və ambisiyalı qadın - Marya Aleksandrovna dayanır. O, qızı Zinanı varlı və yaşlı knyazla evləndirmək istəyir. Şəhərə gələn knyaz bir qədər qəribə, yaddaşı zəif və asan təsir altına düşən adamdır. Marya Aleksandrovna knyazı inandırır ki, onun qızına evlilik təklif edib. Lakin hadisələr dolaşıq hal alır: knyaz ayılanda hər şeyi "yuxu" kimi xatırladığını deyir. Bu isə böyük qalmaqala və komik vəziyyətlərə səbəb olur.

 

İnformasiya dəstəyi -  Trend.Az, Day.Az, Milli.Az

 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.