Maraqlı

Ayaqqabıya 1 qaşıq tökün: Qoxu yox olur, nəmdən əsər-əlamət qalmır

18 Sentyabr 2026 07:07
Baxış: 125
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Xüsusilə uzun müddət geynilən idman ayaqqabılarında yaranan xoşagəlməz qoxu ayaqqabı çıxarıldıqdan sonra belə günlərlə qala bilir. Qoxunu maskalamaq üçün ətirıi məhsullar istifadə etmək əvəzinə, ayaqqabının içinə bir xörək qaşığı soda tökərək gecə boyu gözlətmək nəm və pis qoxunu azaldır.

Milli.Az xəbər verir ki, sodanın bu məqsədlə istifadə edilməsinin səbəbi qoxunu sadəcə başqa bir qoxu ilə ört-basdır etməməsidir. Ayaqqabının içində tər səbəbindən yaranan nəmi azaltmağa kömək edərkən, pis qoxuya səbəb olan bəzi turşulu birləşmələrlə də qarşılıqlı təsirə girir. Bu səbəbdən xüsusilə idman ayaqqabılarında və gündəlik istifadə edilən parça ayaqqabılarda praktiki üsul kimi tətbiq oluna bilir.

Tətbiq üçün ayaqqabının içinə təxminən 1 xörək qaşığı soda səpərək mümkün qədər tabana yaymaq lazımdır. Ayaqqabı bu şəkildə gecə boyu saxlanılır və səhər geynilməzdən əvvəl əks tərəfə çevrilərək içindəki soda tamamilə boşaldılır. Qoxu çox güclüdürsə, miqdarı 1-2 xörək qaşığına qədər artırmaq mümkündür. Sodanın bir neçə saat əvəzinə gecə boyu ayaqqabının içində qalması nəmi və qoxunu udması üçün daha çox zaman təmin edir. Proses bitdikdən sonra içəridə qalan tozların da yaxşıca təmizlənməsi tövsiyə olunur.

Bu üsul xüsusilə parça və idman ayaqqabılarında daha rahat tətbiq oluna bilir, lakin dəri və zamşa ayaqqabılarda diqqətli olmaq lazımdır. Sodanın birbaşa və tez-tez istifadə edilməsi belə həssas materialların təbii yağlarına təsir edərək səthdə qurumağa və ya görünüşün dəyişməsinə səbəb ola bilər.

Xoşagəlməz qoxunun yenidən yaranmasının qarşısını almaq üçün ayaqqabıların geyinildikdən sonra havalandırılması və tamamilə qurumadan yenidən istifadə edilməməsi də vacibdir. Xüsusilə tərləyən ayaqqabıları dərhal qapalı şkaf yığmaq içəridəki nəmin daha uzun müddət qalmasına və qoxunun yenidən əmələ gəlməsinə səbəb ola bilər.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.