Şou-biznes

Danla Bilic 8-ci dəfə əməliyyat olundu - (Foto)

17 Sentyabr 2026 17:15
Baxış: 199
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Türkiyəli sosial media fenomeni Danla Bilic 8-ci dəfə əməliyyat olunub.

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu barədə fenomen sosial media hesabında özü paylaşım edib. Xəstəxanadan görüntülərini yayımlayan Danla daha bir əməliyyat keçirdiyini deyib.

O, hansı səbəbdən əməliyyat olunduğunu açıqlamayıb.

Qeyd edək ki, Danla Bilic bədənindəki dolğuları çıxartdırmaq üçün indiyədək 5 dəfə əməliyyat olunub. O, daha əvvəl estetik əməliyyatlarına 300 min dollar xərclədiyini açıqlamışdı.

Bloger bu yaxınlarda ağır vəziyyətdə xəstəxanaya çatdırılaraq əməliyyata alınmışdı.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.