Maraqlı

Qəhvəyə 1 çay qaşığı əlavə edin: Şəkəri əvəz edir, arıqlamağa kömək edir

3 Noyabr 2026 05:05
Baxış: 298
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Səhər qəhvəsini fərqli ləzzətlə içmək və şəkərdən imtina etmək istəyənlər üçün darçınlı türk qəhvəsi mükəmməl alternativdir. Cəmi 3 ərzaqla hazırlanan bu içki arıqlama prosesində də tez-tez üstünlük verilən variantlar arasındadır.

Darçınlı türk qəhvəsi necə hazırlanır?
Ərzaqlar: 1 fincan su, 1 tatlı qaşığı türk qəhvəsi və 1 çay qaşığı darçın.

Bütün ərzaqları cezveyə əlavə edib qarışdırın. Vam xodda köpüklənənə qədər bişirib fincana tökün. Darçın qəhvəyə xüsusi ətir və təbii şirinlik verərək şəkər ehtiyacını azaldır.

Darçının faydaları:
Yüksək antioksidant mənbəyi: Bədəni oksidativ stresdən koruyur.

Qan şəkəri və iştah nəzarəti: Araşdırmalar göstərir ki, darçın qan şəkərini və xolesterolu tənzimləməyə, toxluq hissəsini artırmağa və metabolizmanı dəstəkləməyə kömək edir.

Zəngin minerallar: Tərkibində kalium, kalsium, marqanets və dəmir kimi vacib minerallar var.

Darçın şəkər qəbulunu azaltmaq üçün praktiki seçim olsa da, təkbaşına yağ yandırmır. Arıqlama prosesində əsas həlledici amilin balanslı qidalanma və müntəzəm fiziki aktivlik olduğu unutulmamalıdır.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.