Lombardlara gipsdən hazırlanmış "iPhone" verən şəxs saxlanılıb - (Foto)
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Gürcüstanın paytaxtı Tbilisidə dəfələrlə dələduzluq və saxta sənəd hazırlamaq ittihamı ilə bir nəfər polis əməkdaşları tərəfindən saxlanılıb.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, şübhəli şəxs Tbilisidəki lombardlardan birində saxta kodlu mobil telefonu girov qoymağa çalışarkən saxlanılıb.
Hüquq-mühafizə orqanlarının əməkdaşları sübut kimi götürülmüş qutunu açdıqda, içərisində real telefon əvəzinə gipsdən hazırlanmış, mobil telefona bənzər əşyanın olduğunu müəyyən ediblər.
İstintaq zamanı müəyyən edilib ki, saxlanılan şəxs digər şəxslə birlikdə müxtəlif lombardlarda mobil telefonlara bənzəyən altı saxta əşyanı girov qoyub. Bununla da şirkətlərə əhəmiyyətli zərər vurulduğu bildirilir.
Əməliyyat-istintaq tədbirləri nəticəsində bir nəfər saxlanılıb. Cinayətdə iştirak etdiyi bildirilən digər şəxsin saxlanılması istiqamətində tədbirlər davam etdirilir.
Sübut kimi dələduzluq yolu ilə əldə edilmiş pulun bir hissəsi, mobil telefon imitasiya modelləri və saxta zəmanət sənədləri götürülüb.
Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 180-ci, 19-180-ci və 362-ci maddələri ilə istintaq aparılır. Sözügedən maddələr üzrə 9 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Gürcüstandan azərbaycanlılar deportasiya olundu
-
Gürcüstanda müxalifət partiyaları ləğv edilə bilər
-
Kobaxidze: Gürcüstan-Azərbaycan münasibətlərində heç bir gərginlik yoxdur
-
Lombardlara gipsdən hazırlanmış "iPhone" verən şəxs saxlanılıb - (Foto)
-
Gürcüstanda Azərbaycan vətəndaşı itkin düşüb
-
680 tonluq böyük siyasət: işğal altındakı Abxaziyanı kim yanacaqla təmin edir?
XƏBƏR LENTİ
-
Tarixdə ən gənc "Formula-1" çempionu oldu
-
"Vikinq" – "Sabah" matçını hansı hakim idarə edəcək?
-
İranla sərhədimizdə PUA məhv edildi
-
Ayın 3-də şimşək çaxacaq, yağış yağacaq - Proqnoz
-
Rəcəb Tayyib Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi və xalqımızı Azərbaycan səmasından təbrik etdi - (Video)
-
Dərsə gəlməyən şagirdlər attestat ala bilməyəcək? - Rəsmi açıqlama
-
"Sabah"ı Norveçdə nə qədər azarkeş dəstəkləyəcək?
-
Vahid geyim qaydaları özəl məktəblərə də şamil olunur?
-
Binə qəsəbəsində evlər sökülür: Kvadratmetrinə 1200 manat verilir
-
Kiyevdə elektrik enerjisi kəsildi, nəqliyyat iflic oldu
-
İrandan Azərbaycana külli miqdarda narkotik keçirmək istədilər
-
Bu ərazilərdə ev almaq istəyənlər tələssin - dəmir yolu qiymətləri dəyişəcək
-
Qarabağda bir ayda 799 mina, 3 mindən çox sursat tapıldı
-
Keçən il 3 manat idi - Qiyməti kəskin düşdü
-
Saatda 15 meteor görünəcək - Tarix və saat açıqlandı
-
Azərbaycanla bağlı dezinformasiya yayılır - Media və Yayım Şurasından xəbərdarlıq
-
"Araz Supermarket" barədə protokol tərtib olunub
-
“Cəmiyyət səhv edir, Sahibə xanım haqlı idi”
-
Bakıda piyadalar üçün yenilik - İki küçədə hərəkət qaydası dəyişdi
-
Efirə zəng edən qadının sözləri Elgizi özündən çıxardı - (Video)
-
200 min manatlıq rüşvət işi məhkəməyə göndərildi - 3 vəzifəli şəxs həbs edildi
-
60 santimetr uşaq saç 300 manata satılır: Pul qazanmaq, yoxsa istismar?
-
Pərvin Abıyeva: "Övlad sahibi olacağam, amma mənə kişi lazım deyil" - (Video)
-
GEROPHARM Azərbaycanda şəkərli diabet və piylənmənin müalicəsini daha əlçatan edir - (Foto)





