Cəmiyyət

Pensiyaçılar da daxil olmaqla bu şəxslərin tibbi xidməti DİN-ə həvalə edildi

17 Sentyabr 2026 12:45
Baxış: 181
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Nazirlər Kabineti "Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin əməkdaşlarının sağlamlığının mühafizəsi ilə əlaqədar bir sıra məsələlərin tənzimlənməsi" haqqında qərar verib.

Milli.Az xəbər verir ki, qərara əsasən, Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin əməkdaşlarına (pensiyaya çıxmış əməkdaşlar da daxil olmaqla) və onların ailə üzvlərinə tibbi xidmətin göstərilməsi, o cümlədən xəstəliklərin profilaktikası, ilkin tibbi-sanitariya yardımı, təcili və təxirəsalınmaz tibbi yardım, ambulator-poliklinik və stasionar tibbi yardım, onların tibbi reabilitasiyası və sağlamlaşdırılmasının təmin edilməsi Daxili İşlər Nazirliyi tərəfindən həyata keçiriləcək.

Maliyyə Nazirliyi bu Qərarın icrası ilə əlaqədar müvafiq vəsaitlərin hər il növbəti ilin dövlət büdcəsi layihəsinin tərtibi zamanı Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə razılaşdırılmış təklifləri əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin saxlanılması xərclərinin tərkibində nəzərdə tutulmasını təmin etməli və bu Qərardan irəli gələn digər məsələləri həll etməlidir.

Bu Qərar 2027-ci il yanvarın 1-dən qüvvəyə minir.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.