Azərbaycanda şəxsiyyət vəsiqəsində ana adı da yazılacaq?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Sosial şəbəkələrdə Azərbaycan vətəndaşlarının şəxsiyyət vəsiqəsində ata adı ilə yanaşı ana adının da qeyd olunması ilə bağlı müzakirələr aparılır. Təşəbbüsü dəstəkləyənlər bunun valideynlərin hüquqi baxımdan daha bərabər şəkildə təmsil olunmasına imkan verəcəyini düşünürlər.
Milli.Az xəbər verir ki, məsələ ilə bağlı sfera.az-a Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc bildirib ki, hazırkı qanunvericiliyə əsasən şəxsiyyət vəsiqəsində soyad, ad və ata adı göstərilir. Ana adı isə sənədin rekvizitləri sırasında yer almır. Bunun üçün "Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında" Qanunun 3-cü maddəsinə dəyişiklik edilməlidir.
Deputat qeyd edib ki, ana barədə məlumat onsuz da doğum haqqında akt qeydlərində və şəhadətnamədə əks olunur. Söhbət həmin məlumatın şəxsiyyət vəsiqəsində də göstərilib-göstərilməməsindən gedir.
Z.Orucun sözlərinə görə, beynəlxalq təcrübədə vahid yanaşma yoxdur. Bəzi ölkələrdə valideynlərin adı şəxsiyyət sənədində ümumiyyətlə göstərilmir, Ukraynada ata adı ayrıca qeyd olunur, İspaniya və Portuqaliyada isə hər iki valideyn barədə məlumat sənəddə əksini tapır.
Parlamentari hesab edir ki, ana adının əlavə edilməsi məsələsinə iki formada yanaşmaq mümkündür: onu şəxsin adının yeni komponenti kimi göstərmək və ya vəsiqədə ayrıca "Valideynlər: ata/ana" bölməsi yaratmaq. Onun fikrincə, ikinci variant daha məqsədəuyğun ola bilər.
Z.Oruc həmçinin dəyişiklik ediləcəyi təqdirdə bütün şəxsiyyət vəsiqələrinin birdən-birə yenilənməsinin böyük maliyyə və inzibati yük yaradacağını vurğulayıb. Onun sözlərinə görə, daha optimal variant yeni verilən və müddəti bitdiyi üçün dəyişdirilən vəsiqələrdə bu məlumatın mərhələli şəkildə tətbiq edilməsidir.
Deputat məsələ ilə bağlı qanun layihəsi hazırlanmazdan əvvəl aidiyyəti dövlət qurumlarının, hüquqşünasların və mütəxəssislərin iştirakı ilə ictimai müzakirənin keçirilməsini təklif edib.
Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)
DİGƏR XƏBƏRLƏR
-
Bəzi ixtisaslarda bakalavriat təhsili 3 il ola bilər - Nazir
-
Azərbaycan Hava Yollarının Sərnişin Aviaşirkətinə yeni rəhbər təyin olunub
-
Altı gün əvvəl qəzaya düşmüş qadın xəstəxanada öldü
-
Azərbaycanda şəxsiyyət vəsiqəsində ana adı da yazılacaq?
-
57 yaşlı Ceylodan cazibədar Fotolar
-
Bakı Dəmiryol Vağzalında 11 yeni turniket quraşdırıldı
XƏBƏR LENTİ
-
Park Cinema artıq “Sea Breeze”də!
-
Aldığımız ətin mənşəyini necə öyrənə bilərik? - (Video)
-
Bəzi ixtisaslarda bakalavriat təhsili 3 il ola bilər - Nazir
-
Çexiya millisinin keçmiş qapıçısı vəfat etdi
-
Azərbaycan Hava Yollarının Sərnişin Aviaşirkətinə yeni rəhbər təyin olunub
-
Altı gün əvvəl qəzaya düşmüş qadın xəstəxanada öldü
-
Azərbaycanda şəxsiyyət vəsiqəsində ana adı da yazılacaq?
-
ABŞ-nin Azərbaycandakı səfirliyi: Cənubi Qafqazda sülh yeni imkanlar açır
-
57 yaşlı Ceylodan cazibədar Fotolar
-
Bakı Dəmiryol Vağzalında 11 yeni turniket quraşdırıldı
-
İkinci sertifikasiya kimlərə şamil olunacaq?
-
“Trabzonspor”un yeni baş məşqçisi bəlli oldu
-
Əşrəf Dahruc vəfat etdi
-
Məktəblərdə dərs saatları dəyişdirilə bilər
-
Saxlanılan Çağla İstanbuldan Vana gətirildi - (Video)
-
Müəllimlərin geyim qaydaları dəyişir? - Nazirlikdən açıqlama
-
90 min şəxsin maaşı artacaq - Nazir açıqladı
-
Monqolustan prezidenti 100 kiloqramlıq ştanqı 20 dəfə qaldırdı – (Video)
-
Prezident İlham Əliyevin sosial şəbəkə səhifələrində "SABAH.city" ilə bağlı video paylaşılıb
-
Bakıda skuter avtomobillə toqquşdu - (Anbaan video)
-
Türkiyədə qəbiristanlığın içində bina tikib satırlar - (Video)
-
Hakan Fidan Azərbaycana gəlir
-
Azərbaycanın vizasız gedə biləcəyi ölkələr - Siyahı
-
Lamin Yamal Messi ilə bağlı 13 illik rekordu təkrarladı





