Cəmiyyət

Azərbaycanda evlənənlərin yarıdan çoxu boşanır - Rəsmi

17 Sentyabr 2026 10:44
Baxış: 152
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Azərbaycanda 2026-cı ilin ilk yeddi ayında nikahların sayı nəzərəçarpacaq dərəcədə azalıb.

Milli.Az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin 2026-cı ilin yanvar-avqust aylarının sosial-iqtisadi göstəricilərinə dair hesabatında məlumat verilib.

Hesabata əsasən, cari ilin yanvar-iyul aylarında ölkədə 22 130 nikah qeydə alınıb. Ötən ilin eyni dövründə bu göstərici 27 509 olub.

Beləliklə, nikahların sayı bir il ərzində 5 379 və ya təxminən 19,6 faiz azalıb.

Əhalinin hər 1000 nəfərinə düşən nikahların sayı da 4,6-dan 3,7-yə enib.

Eyni dövrdə ölkədə 11 678 boşanma qeydə alınıb. 2025-ci ilin yanvar-iyul aylarında bu göstərici 12 146 olub. Əhalinin hər 1000 nəfərinə düşən boşanmaların sayı isə dəyişməyərək 2,0 səviyyəsində qalıb.

Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.