ABŞ Mahmud Abbasa niyə viza vermədi?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
ABŞ ardıcıl ikinci ildir ki, gələn həftə BMT Baş Assambleyasında iştirak etmək üçün Fələstin Muxtariyyətinin Prezidenti Mahmud Abbasa viza verməkdən imtina edib. Buna səbəb kimi islahatların həyata keçirilməməsi göstərilib.
Bu barədə məsələ ilə tanış mənbəyə istinadən məlumat yayılıb.
ABŞ Dövlət Departamenti bəyanatında bildirib: "ABŞ qarşısında götürdükləri öhdəliklərə uyğun olaraq islahatları həyata keçirə bilməmələri və sülh perspektivlərini təhlükə altına qoyan fəaliyyətlərini davam etdirmələri səbəbindən ABŞ Fələstin Azadlıq Təşkilatının (FAT) üzvlərinə və Fələstin Muxtariyyətinin rəsmilərinə viza verilməsini qadağan edən sanksiyaları uzadacaq".
Məsələ ilə tanış mənbə AFP-yə Fələstin Muxtariyyətinin prezidentinin də bu qərarın əhatə dairəsinə daxil olduğunu təsdiqləyib.
Ötən il də Tramp administrasiyası eyni addımı atmışdı və bununla da BMT Baş Assambleyasının daimi iştirakçılarından olan Fələstin lideri tədbirdə videokonfrans vasitəsilə çıxış etməyə məcbur olmuşdu. Vaşinqton onu "Yaxın Şərqdə sülh naminə götürdüyü öhdəliklərə əməl etməməkdə", habelə "İsrail-Fələstin münaqişəsini beynəlmiləlləşdirməyə, xüsusilə də Beynəlxalq Cinayət Məhkəməsi (BCM) və Beynəlxalq Ədalət Məhkəməsi (BƏM) vasitəsilə" yönəlmiş və "sülh perspektivlərini sarsıdan" addımlar atmaqda ittiham edir.
ABŞ həmçinin Fələstin Muxtariyyətini "birtərəfli tanınma üçün müraciət etməklə danışıqlardan yan keçməyə çalışmaqda, terrorçulara müavinət ödəməyə davam etməkdə, habelə ictimai bəyanatlarda və məktəb dərsliklərində terror aktlarını və terrorçuları tərifləməkdə" ittiham edir.
Bununla ABŞ, Fransa da daxil olmaqla, ötən il BMT-də Fələstin dövlətinin mövcudluğunu tanıyan bir sıra ölkələrin mövqeyindən fərqli mövqe nümayiş etdirir. Ümumilikdə, Fransa və Səudiyyə Ərəbistanının həmsədrlik etdiyi iki dövlətli həllə dair konfransın yekununda BMT-yə üzv 142 dövlət bu təşəbbüsü dəstəkləmişdi.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Əməkdar artistin ailəsində xoş gün
-
Ağdamda minalanmış ərazidə yanğın başladı
-
Canlısından fərqlənməyən robot balıq təqdim olundu – (Video)
-
ABŞ Mahmud Abbasa niyə viza vermədi?
-
Alla Axundova vəfat etdi
-
Lənkəranda ağır qəza - Ölənlər var
-
Yasamalda və bəzi ərazilərdə işıq olmayacaq
-
UEFA Avropa Liqası: İlk oyunların nəticələri
-
12 il əvvəl "qətlə yetirilən" qadın sağ tapıldı
-
Hansı bakalavr ixtisasları 3 illik ola bilər? - (Video)
-
Beş bürc uğur və sərvət qazanacaq
-
Sinqapur kitab oxuyanlara pul verəcək
-
Süni intellektlə hazırlanan dərman qocalmanı ləngitdi
-
Yatanda işığı açıq saxlamaq ürəyə ziyandır
-
Bu aylarda doğulanların taleyi dəyişəcək
-
Xarici onlayn platformlardan alınan xidmətlərin qiyməti dəyişir - (Video)
-
Dünyanın ən gözəl şəhəri - Venesiya və Barselonanı geridə qoydu
-
Vatikan ilk dəfə “Oskar”a namizədlik üçün film təqdim edəcək
-
"Sumqayıt yolu"ndakı tıxac problemi nə vaxt həll olunacaq? - (Video)
-
Qumbaranı evə Xədicənin qardaşı gətiribmiş - təfərrüat
-
Lənkəranda ağır qəza: "Mercedes Vito" TIR-a çırpıldı, ölənlər var - Yenilənib (Foto)
-
Günün qoroskopu: İntuisiyanızın dediklərinə güvənin
-
Tacir Şahmalıoğlu arıqlamasının səbəbini açıqladı
-
Tələbələr dərsə getmək üçün beton maneələri aşırlar - (Video)





