Maraqlı

Vatikan ilk dəfə “Oskar”a namizədlik üçün film təqdim edəcək

17 Sentyabr 2026 00:25
Baxış: 102
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Vatikan tarixində ilk dəfə olaraq "Oskar" mükafatına namizədlik üçün film təqdim edir.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Vatikanın Kommunikasiya Departamentinin rəhbəri Paolo Ruffiniyə istinadən "Variety" nəşri məlumat yayıb.

Rejissorları Lia Beltrami və Ali Aksu olan, həmçinin Vatikanın iştirakı ilə istehsal edilmiş 39 dəqiqəlik "Green lava" sənədli filmi Akademiya Mükafatları müsabiqəsində ölkəni rəsmi şəkildə təmsil etməyəcək.

Belə ki, "Ən yaxşı beynəlxalq bədii film" kateqoriyasından fərqli olaraq, qısametrajlı film kateqoriyasında hökumət və ya milli seçim komitəsi tərəfindən rəsmi təqdimat və ya təsdiq tələb olunmur.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.