Ölkə

Məşhurlar Üzüm və Şərab Festivalında konsert proqramı ilə çıxış edəcək - (Video)

16 Sentyabr 2026 21:28
Baxış: 109
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Sentyabrın 19-20-də Şamaxıda keçiriləcək Üzüm və Şərab Festivalında izləyiciləri maraqlı konsert və əyləncə proqramı gözləyir.

Festivalın konsert proqramına daha bir neçə məşhur müğənninin çıxışı əlavə olunub.

Ziyarətçilər sentyabrın 19-da sevilən müğənnilər Roza Zərgərli, Kazım Can, Joseph U.O, eləcə də DJ Kamonun çıxışlarını izləyə biləcəklər.

Sentyabrın 20-də isə festivalın səhnəsində Avroviziya təmsilçimiz Dilarə Kazımova, Teymur Süleymanbəyli, Xalq artisti Zülfiyyə Xanbabayeva, eləcə də DJ Kamo çıxış edəcəklər.

Ziyarətçilər iki gün ərzində üzümçülük və şərabçılıq, Azərbaycanın turizm potensialı ilə daha yaxından tanış olmaq imkanı qazanacaq, maraqlı əyləncə proqramını izləyəcəklər.

Hər iki günün əyləncə proqramına müxtəlif müsabiqə və viktorinalar da daxildir.

Festival Şamaxı Rayon İcra Hakimiyyəti, Abqora restoranı və "Nəsimi bağları" kompleksinin təşkilatçılığı ilə Şamaxı rayonunun Meysəri kəndində baş tutacaq.

Artıq 5-ci dəfə təşkil olunacaq festivalın məqsədi yerli üzüm və şərab istehsalının təşviqi, şərab məhsullarının ixrac potensialının artırılması, Azərbaycanda üzümçülük və şərab istehsalı tarixinin və bu sahədə görülən işlərin geniş ictimaiyyətə çatdırılmasıdır.

Meysəri kəndindəki "Şirvan şərabları" MMC-nin üzümçülük və şərabçılıq kompleksinin ərazisində keçiriləcək festivala müxtəlif şərab brendləri qatılaraq öz məhsullarını təqdim edəcəklər.

Festivala giriş üçün biletləri iTicket.az saytı vasitəsilə əldə etmək mümkündür.

Ziyarətçilərin Şamaxıda keçiriləcək festivala rahat gediş-gəlişi üçün Bakı şəhərində, Heydər Əliyev Mərkəzinin yaxınlığından festival ərazisinə gediş və geri dönüş üçün transfer təşkil olunacaq. Avtobuslar Heydər Əliyev Mərkəzinin dayanacağından saat 11:30-da yola düşəcək.

Yenilənən məlumatlar üçün mənbə:
www.instagram.com/winefest.official

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.